İsmayıl Umudlu

Suriya müstəvisində erməni «nömrəsi»

Suriyada 200 minlik erməni icması vardı. Onlar 40 il davam edən Hafiz Əsəd və onun oğlu Bəşər Əsədin diktator rejiminin xüsusi cəza dəstələrində fəallıq göstərmişdilər. Orta Doğuda baş verən son inqilabi proseslərdən sonra, diktator rejimlərinin dayaqları olmuş bu icma instinktik bir şəkildə olsa da, sosial şəbəkələrə üz tutmuşdur. Soyqırıma…

Tam mətn

İsmayıllıda rezin güllələrdən istifadə edilib

Bu gün saat 16.30-da İsmayıllıda vəziyyətin gərgin olaraq qaldığı xəbər verilirdi. Turan-a istinadən, Daxili Qoşunlar və çevik polis alayı icra hakimiyyətinin binasına gedən bütün küçələri etirazçılardan təmizləyiblər. Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, sonuncu dəfə etirazçıların dağıdılması zamanı (saat 15 radələrində) daha 10 nəfər döyülüb və saxlanılıb….

Tam mətn

Türkmənlərə qarşı qanlı terror: ölənlərin sayı 42-yə çatdı

İraqın quzeyində Səlahəddin elinə bağlı, əhalisinin əksəriyyəti türkmənlərdən ibarət olan Tuzhurmatu şəhərində törədilən qanlı teraktda ölənlərin sayı 42-yə çatlı. Türkmən xəbər qaynaqlarına istinadən, yaralıların sayı 75-dir. Bu terakt İraq Türkmən Cəbhəsi sədrinin müavini Əli Haşim Muxtaroğlunun qohumu Əhməd Salah Əsgərin yas mərasimi əsnasında baş vermişdir. İntihar saldırısı təşkil…

Tam mətn

DİN: Rasim Musayevlə bağlı yayılan məlumatlar əsassız və qərəzlidir

Daxili İşlər Nazirliyi müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayevlə bağlı yayılan məlumatları həqiqətəuyğun olmayan, əsassız və qərəzli hesab edir. DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, mövzu ətrafında bəzi maraqlı qüvvələrin ayrı-ayrı kütləvi…

Tam mətn

Kinematoqrafçılar İttifaqını anbara daşıdılar

Yanvarın 23-də Bakı meriyasının nümayəndəsi Kinematoqrafçılar İttifaqına gələrək, ofisin boşaldılmasını tələb edib. Bundan sonra işçilər əşyaları və sənədləri daşımağa başlayıblar. Bu barədə Turan-a Kİ katibi İsa Cabbarov bildirib. Onun sözlərinə görə, meriya nümayəndəsi adını söyləməyib və hər-hansı sənəd göstərməyib. Kİ sənədlərinə gəlincə, onlar qurumun on illərdir yerləşdiyi Hökumət Evinin…

Tam mətn

Paytaxtda neçə qəzet köşkü var, sahibi kimdir?

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin Bakı Şəhər İH-yə qarşı paytaxtda yerləşən qəzet köşkləri haqqında informasiya sorğusuna cavab verməməklə bağlı iddiasını qismən təmin edib. Məhkəmə İH-nin üzərinə informasiya agentliyinə qəzet köşklərinin sahibi və sayı haqqında məlumat vermək, həmçinin 10 manat məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub. Hakim Vüsalə…

Tam mətn

Deputatın sürücüsü ölümlə nəticələnən hadisə törədib

Yanvarın 23-də Qaradağ rayonunda parlamentin hakim “Yeni Azərbaycan” Partiyasından deputatı Aydın Mirzəzadənin maşını tərəfindən törədilmiş Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Deputata məxsus Honda markalı maşın yolu keçən Mariya Cavadovanı (1958) vurub. Qəza vaxtı deputat özü və daha bir deputat – Elman Məmmədov avtomobildə olub. Dövlət Yol Polisinin…

Tam mətn