İsmayıl Umudlu

İlk iclasa sözardı

Ötən saylarımızda Bakının 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək hüququna layiq görülməsi haqqında məlumat vermişdik. Hazırda həmin mötəbər yarışın keçirilməsi ilə bağlı ciddi hazırlıq işləri gedir. Bu işlərə dövlət nəzarətini təmin etmək üçün prezident İlham Əliyevin sərəncamına əsasən, I Avropa Oyunları ilə bağlı Təşkilat Komitəsi yaradılıb….

Tam mətn

Arazam, Kürə bəndəm…

Tünzalə Ağayevanın yaradıcılığında yeniliklər var. Güney Azərbaycanda yaşayan soydaşlarımız haqqında mahnı yazır. Bu barədə açıqlama verən əməkdar artist konsert barədə düşündüyünü də deyib: «Güney Azərbaycan mövzusunda silsilə mahnılar yazıram. Hətta albom buraxmaq fikrim də var. Mahnılarımda Güney Azərbaycanda yaşayan soydaşlarımızın yaşayış tərzini xüsusilə diqqətə çatdıracağam. Eyni zamanda musiqilərimdə bir-birimizdən…

Tam mətn

Orhan Ölməz Sima üçün yazdı

Məşhur bəstələrini xalq artisti Aygün Kazımovaya təqdim edən Türkiyənin tanınmış bəstəçisi Orhan Ölməzin daha bir yeni bəstəsi Sima Qasımovanın repertuarında yer alıb. Bu günlərdə İstanbuldan qayıdan sənətçi yeni xəbər haqqında danışıb. AYNAya bildirib ki, səfərində məqsəd Orhanla görüşüb onun üçün bəstələdiyi mahnı ilə tanışlıq olub. «Yox, yox» adlanan mahnı…

Tam mətn

Atasının ruhunu şad edəcək

Adını peşəkar ifaçılar sırasına yazdıran Lətifə Soyuöz bu dəfə dünyasını vaxtsız dəyişən atası, tanınmış incəsənət adamı Akif Fətəliyevin ruhuna ithaf etdiyi mahnı ilə onu sevənlərin qarşısına çıxacaq. Əməkdaşımıza açıqlamasında sənətçi bu mahnı barəsində söylədi: «Sənətdə var olduğum üçün yalnız bir şəxsə ömrümün sonuna kimi minnətdar olacağam. Bu da mərhum…

Tam mətn

Hicran Nəsirova: «Sənətə qiymət verilməyəndə…»

Əməkdar artist Hicran Nəsirovanın aktrisa kimi ilk iş yeri İncəsənət Universitetinin nəzdindəki Tədris Teatrı olub. O vaxtdan bəri həyatını incəsənətlə bağlayan aktrisa davranışı, ətrafına münasibəti ilə seçildi. Aktrisanın həyatı keşməkeşli oldu. Amma o, bunları şükranlıqla, təmkinlə qarşıladı. Və müəyyən fasilədən sonra yenidən sənətinə qovuşdu. Onunla söhbəti lap ilk sənət…

Tam mətn

Xeyriyyəçilik stimullaşdırılacaq

Dünya ölkələrinin bir çoxu kimi Azərbaycanda da bundan sonra xeyriyyəçiliklə məşğul olanlara vergi güzəştləri tətbiq oluna bilər. MM Sosial Siyasət komitəsi 2013-cü ilin yaz sessiyasında xeyriyyəçilik, sponsorluqla bağlı yeni qanun layihəsi hazırlamağı planlaşdırır. Qanunda xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq. Adıçəkilən…

Tam mətn

40 milyon mənzil bazarında tələbatı artırmayacaq

Bəli, güzəştli ipoteka bir ailə üçün 50 min manata qaldırıldı. Prezidentin son fərmanı ilə həm də hərbçilərin əksəriyyəti güzəştli ipoteka kreditindən istifadə hüququna malik oldular. Yəni, adi hərbçilər belə güzəştli ipoteka kreditinə müraciət hüququ aldılar. Ekspertlərin fikrincə, gələcəkdə güzəştli kateqoriyaya daxil olan əhali təbəqəsini artırmaq lazımdır. Məsələn, buraya Qarabağ…

Tam mətn