Mənə 30 dəqiqə ver…
«Mənə 30 dəqiqə ver, bir də məndən ayrılmaq istəməyəcəksən». Yeddi yaşlı uşağın qarışıq, anlaşılmaz, dumanlı yaddaşı ilə xatırlamağa çalışıram. Həmin bina tikiləndə dayım deyirdi ki, yeni evlənən gənclərə, rayondan ali təhsil almaq üçün şəhərə gələnlərə həmin binada ev veriləcək. Mən də uşaq ağlı ilə yalnız tələbələrin, gənclərin yaşayacağı binanı…