15 sentyabr — Bakının düşmənlərdən qurtarılması günü iftixarla anılır
15 sentyabr — Bakının düşmənlərdən qurtarılması günü tarixinə hörmət edən bütün Azərbaycan Türkləri tərəfindən iftixarla anılır. Bu gün — Bakıda daşnak-bolşevik nəzarətinə son qoyulub, onlar məğlub edilərək qovulub. Onlara silahın gücü ilə başa salıblar ki, bu torpaqların əzəli və əbədi sahibləri kimlərdir. İndi o şanlı gündən 95 il ötür….