Atəşi kəsən zabitin göz yaşı
ANS cəbhə bölgəsində snayper gülləsindən həlak olmuş gizirimizin dəfnindən süjet göstərdi. Artıq uzun illərdir həyatımıza daxil olmuş, öyrəşdiyimiz bir fraqment. Özünü itirmiş atanın titrək səsi, sinəsinə bala dağı çəkilmiş ananın fəryadı, çaşqınlıqdan karıxmış qonum-qonşular… Sonra.. Sonra isə aparıcı heç nə olmamış kimi digər bir xəbəri oxudu… Efirin o üzündə…