İsmayıl Umudlu

Ziya -135, yaxud Türk Dünyasının Tiflisdən boylanan günəşi

«Ziya»nın  aşkarda olan ilk sayı 1879-cu ili fevralın 8-də çıxan 3-cü sayıdır. Bu sayda, eləcə də sonrakı saylarda «Ziya»nın  həftənin pəncşənbə günləri çıxdığı göstərilir. Bu da  islamiyə  hicri-qəməri   ili ilə 1296-cı ilin  səfər ayının 27-nə  uyğundur. 1296-cı ilin bundan əvvəlki  pəncşənbə cünləri -1879-cu ilin  yanvar ayının 4, 11, 18 …

Tam mətn

Uçura-uçura gələnlər

Mən qanunsuz tikililərin uçurulmasını demirəm. Buna münasibətimiz, necə deyərlər, birmənalıdır: bu ölkənin vətəndaşıyam, evim, işim olmalıdır deyə haqqı çatmayan yerdə riskə gedərək öz bildiyincə nəsə tikən-yapan da haqlıdır, bir gün gəlib «filan vaxtdan bura mənim özəl əmlakımdır» deyə sənəd göstərərək onu uçuran da. Mən yox, qanunun maddələri onların hər…

Tam mətn

Acılara məlhəm zaman

Sıra təpələrin hərəsi bir rəngə çalırdı. İşıq ustasının neçə-neçə səhnə işığından düzəldə biləcəyi mənzərəni günəş hər səhər bir baxışıyla çəkirdi. Gün çıxmayanda, buludlu havada da təpələrin hərəsi bir rəng verirdi. Qar yağmışdı. Amma yenə təpələr eyni boyada deyildi, hərəsi bəyazın bir çalarındaydı. Dərələr təpələrin əks üzüdü. Biri qorxunc…

Tam mətn

Azərbaycanda vətəndaş cəmiyyəti

Son zamanların ən çox işlədilən söz birləşmələrindən biri də «vətəndaş cəmiyyəti» ifadəsidir desək, yəqin ki, yanılmarıq. Azərbaycanda hələ də cizgiləri hamı tərfindən aydınlıqla qavranıla bilməyən bu anlayış, əslində, öz mahiyyəti etibarilə çox böyük tutuma malikdir. Elə bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün…

Tam mətn

Litva Bakıda öz turizm potensialını təqdim etdi

Bu gün Litvanın turizm potensialının təqdimat mərasimi keçirilib. “Kəhrəbalı Litva” adı altında baş tutmuş tədbir Litvanın Turizm üzrə Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Təqdimatda Litvanın kurort bölgələri haqqında qonaqlara ətraflı məlumat verilib. Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilüte Litvaya Azərbaycandan gələn turistlərin sayının artdığını qeyd edərək, Litvanın Azərbaycandan gələn turistlərin sayının daha artmasında maraqlı olduğunu vurğulayıb.  

Tədbirdə Litvada tibbi turizm imkanları ilə də tanışlıq yer aldı. Litvanın tibbi turizm sahəsinin nümayəndəsi Qrajvidas Morkus ölkələrindəki keyfiyyətli müalicənin Avropanın bir sıra ölkələrində göstərilən tibbi xidmətlə müqayisədə daha sərfəli olduğunu qeyd edib.

Daha sonra Litvanın şəhərlərinə həsr olunmuş film nümayiş etdirilib. Vilnüsün  Avropanın ən yaşıl şəhəri olduğu, digər şəhərlərin də ilin bütün fəslərində unudulmaz məzuniyyət təqdim etmək imkanında olduğu tədbir iştirakçıların diqqətinə çatdırılıb.  Qonaqlara həmçinin Litvanın müxtəlif zəngin mineral və müalicəvi suları haqqında ətraflı məlumat verilib. 

Tam mətn

Alban kilsələri

Qafqaz Albaniyası tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan, Gürcüstanın Şimal hissəsi, həmçinin cənubi Dağıstan ərazisində mövcud olmuş tarixi dövlət idi. Eramızdan əvvəl təqribən IV-II əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Albaniya dövlətinin paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhəri olmuşdur. Albanlar eramızın IV əsrində xristian…

Tam mətn

TÜRKSOY 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edib

TÜRKSOY 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edib. Təşkilatın baş katibi Düsen Kaseinov bu gün Atatürk Mərkəzində keçirilən tədbirdə  qeyd edib ki, Məhdimqulunun həyat və yaradıcılığına həsr olunan tədbirlərdən biri də Azərbaycanda keçiriləcək: “Biz mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim…

Tam mətn