Cəsur Məmmədov

Azərbaycan Ordusunda itkilər

Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorundakı itkilərin artımı yenidən cəmiyyətdə narahatlıq yaradıb. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində monitorinqinin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 35 nəfər təşkil edib. Ötən müddətdə 38 nəfər yaralanıb və ya xəsarət…

Tam mətn

İPAP-ın dördüncü mərhələsinə doğru

İlin sonuna qədər Azərbaycan və NATO arasında ilk dəfə olaraq 2005-ci ildə imzalanmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP — İndividual Partnership Action Plan) 4-cü mərhələsinin hazırlanması prosesi başa çatacaq və bu sənəd tərəflər arasında razılaşdırılacaq. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Məlumatda qeyd olunur ki, İPAP-ın dördüncü mərhələsində…

Tam mətn

«Orduda islahatlar kağız üzərində aparıldı»

İctimaiyyətin marağında olan əsas məsələlərdən biri Silahlı Qüvvələrdə keçirilən islahatlarla bağlıdır. «Ordunun Aynası» əlavəsinin qonağı Təhlükəsizlik, Demokratiya və İqtisadi Tərəqqi («SeDEP») QHT-lər Koalisiyasının prezidenti, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlidir. Onunla söhbətimizdə hərbi islahatların durumunu və perspektivlərini aydınlaşdırmağa çalışdıq. — Fikrimcə, indiyə qədər İPAP çərçivəsində əməkdaşlıq iki istiqamətdə…

Tam mətn

Xəbərlər

NATO ilə əməkdaşlıq çərçivəsində bu il may ayının 22-23-də Bakıda konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim məlumat verib. «Müasir dövrdə meydana gələn çağırışlar» mövzusunda keçiriləcək konfransda kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və s. məsələlər müzakirə olunacaq. X.İbrahimin sözlərinə görə, konfransda NATO-nun yüksək vəzifəli…

Tam mətn

Gürcüstanla hərbi əməkdaşlığın perspektivləri

Martın 17-19-da Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana səfər etdi. Səfər zamanı İ.Alasaniya ölkə prezidenti, xarici işlər, müdafiə və müdafiə sənayesi nazirləri ilə görüşlər keçirib. Bakıda keçirilən görüş bir sıra detallarla yadda qaldı: — Birincisi, bu səfər Azərbaycan və Gürcüstan arasında hərbi strateji əməkdaşlığın bu günkü durumunu və perspektivlərini…

Tam mətn

2013-cü ildə hərbi strategiya necə olacaq?

2013-cü ilin birinci rübü geridə qaldı. Ümumi araşdırmalar göstərir ki, ötən 3 ay ərzində Azərbaycanın xarici hərbi siyasətində hər hansı ciddi hadisə baş verməyib. Ümumilikdə, son illərdə, xüsusilə də 2012-ci ildə baş verənlərə istinad edərək, eyni zamanda, Azərbaycanın xarici siyasi və iqtisadi strategiyasında baş verən bir sıra dəyişiklikləri nəzərə…

Tam mətn

«Ordunun Aynası» yenidən sizin qarşınızda

NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə Ayna və Zerkalo qəzetlərində «Ordunun Aynası» («Armeyskoye Zerkalo») əlavəsi yenidən işıq üzü görməyə başlayır. Apreldən başlamaqla layihənin hazırkı mərhələsinin gələn ilin əvvəllərinə qədər davam etməsi gözlənilir. Əvvəlcədən bu layihənin reallaşdırılmasında rolu olan hər kəsə, xüsusilə də NATO İctimai Diplomatiya Bölməsi əməkdaşlarına, öncə xanım Corine…

Tam mətn