Cəsur Məmmədov

Əfqanıstan 2014 və Azərbaycanın baxışı

Bəlli olduğu kimi, 2014-cü ilin sonuna qədər Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) öz mövqelərini tamamilə yerli qüvvələrə təhvil verməlidirlər. Azərbaycan Respublikası 2014-cü ildən sonrakı Əfqanıstanın sabitliyinin qorunmasında əsas rol oynayacaq 8 tərəfdaş ölkədən biri seçilib. «Simulyativ Proqnozlar» Araşdırma Mərkəzi «Ordunun Aynası»na göndərdiyi açıqlamada Azərbaycanın bu prosesdəki rolunu və…

Tam mətn

Silah, yoxsa sosial rifah?

2014-cü ildə Azərbaycan bir sıra ölkələrdən, xüsusilə də Rusiya, Ukrayna, Türkiyə və İsraildən bir milyard dollardan artıq həcmdə silah və hərbi texnika almaq niyyətindədir. Bu barədə «Ordunun Aynası»na hərbi mənbələrdən məlumat verilib. Qeyd olunur ki, 2007-ci ildən bu yana müdafiə xərclərinin kəskin artan tendensiyası gələn il üçün də…

Tam mətn

Azərbaycanda hərbi təhsil: problemlər və perspektivlər

Bu günlərdə ölkə mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin müasir təcrübəli kadrlarla təmin olunması prosesində ciddi əngəllər yaranması barədə məlumatlar əksini tapıb. Bizim Silahlı Qüvvələrin durumu barədə araşdırma aparan qərb ekspertlərinin fikrincə, əsasən aşağıdakı problemlər göz önündədir: 1) Ali hərbi məktəblərə qəbul zamanı yaşanan problemlər (test balının aşağı olması, kursantların…

Tam mətn

«Nəyisə soruşmaq silahdan atəş açmaq deyil»

Niderlandın RTL News agentliyinin Almaniya üzrə əməkdaşı Jeroen Akkermans «Ordunun Aynası» əlavəsinə müsahibəsində hərbi jurnalistikanın problemlərindən danışır. Xatırladaq ki, cənab Akkermans bu yaxınlarda Tbilisidə «Qoridə araşdırma — kameraman Stan Storimansın ölümü» (Investgation in Gori — The death of cameraman Stan Storimans) adlı sənədli filmini təqdim edib. 2008-ci ilin…

Tam mətn

Ordu üzərində ciddi dövlət və vətəndaş nəzarəti olmalıdır

Bu günlərdə Nazirlər Kabineti hökumətin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»də dəyişiklik edib. Belə ki, əvvəllər ilkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılırdı….

Tam mətn

«Sosial şəbəkələrdə tənqidlərə görə cəzalandırılma yolverilməzdir»

Təhlükəsizlik məsələləri içərisində önəmli yerlərdən biri kiber- təhlükəsizlik tutur. Son zamanlar qeyd edilən məsələ dünyada təhlükəsizliyi təmin etmək üçün atılan addımlar içərisində ən önəmli yerlərdən birini tutur. «Ordunun Aynası» qeyd edilən məsələ ilə əlaqədar Avropada məşğul olduğu sahə üzrə tanınmış qurumlardan biri — «Cyber Security» (kiber təhlükəsizlik) Şirkətinin direktoru,…

Tam mətn

«Münaqişələr yalnız siyasi müzakirələr vasitəsilə həllini tapmalıdır»

«Ordunun Aynası» müxtəlif ölkələrin ekspertlərinin regional problemlərlə bağlı fikirlərini öyrənməkdə davam edir. Bu dəfə Bosniya və Herseqovinadan olan ekspert, Banja Luka Universitetinin Siyasi elmlər fakültəsinin beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə professoru, Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Miloş Şolajadır (Milosh Sholaja). — Balkanlarda əsas təhlükəsizlik qayğıları ərazi mübahisələridir….

Tam mətn