Söz-3
Bu dəfə də təsəvvürünüzə gətirin ki, hər bir söz bir düymədir — bütün dünyaya sığışan nəhəng kömpüter klaviaturasının bir düyməsidir. Və biz danışdıqca görünməz bir əl o klaviaturada nəsə yazır… Və doğulandan bu ana qədər nə demişiksə, hamısını bitdə-bitdə yazıblar. Və oxuyublar. Və hər şeyi yadlarında saxlayıblar. Və bizim sabahımızın ssenarisini yazanda əvvəlki cızmaqaralara baxıb ordakı sözlərdən istifadə edəcəklər. Ordakı deyimlərin üstündə quracaqlar olacaqları.
Yekun
Qulu Məhərrəmli, Arif Əliyev və mən — Elçin Şıxlı ili dünyada baş vermiş hadisələri sanballamaqla yekunlaşdırmağa çalışmışıq. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibətilə hamınızı təbrik edirik! İşləriniz üğurlu, canınız sağ, özünüz və ətrafınız xoşbəxt olsun!
Söz-2
Təsəvvür edin ki… Söz canlı bir insandır. Cümlə-ailədir. Hekayə-cəmiyyətdir. Yerinə düşməyən, yerində olmayan bir söz cümləni yaman günə qoyduğu kimi, bircə naqolay cümlə də hekayəni bərbad vəziyyətə sala bilər. O cür də adamlar. Hekayə səhv-sühv yazılmış sözlər və »qırılmış-sındırılmış budaq» cümlələri ilə dolu olsa da, onun qırxləçək qızılgül kimi ətirli, romantik, gözəl cümlələri də var. (Qonşumuz bizim balkonda çəlləkdə əkdiyimiz o gülə »kitayskaya roza» deyirdi.
Azad düşüncənin sonsuz üfüqü
Plutarkın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”. Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır. İnsan şüurunu aydınladansa bilikdir. Biliklərə yol isə mütailədən keçər. Etiraf edək, insanlarımız az mütailə edir. Aydınlanmaq – bilgilənmək bütün zamanların hökmü olub. Hazırkı internet əsrində xüsusən. *** Qonşu Ermənistanda son demokratik gəlişmələrin səbəblərindən biri də, şübhəsiz, bu ölkənin bilgilərə açıq olmasıdır. Məlumatlanmanın, öyrənmənin yeni yollarını axtarır, hər fürsətdən yararlanırlar.