İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

QONŞUM, DOSTUM OSMAN MAYATEPEK

I yazı Ənvər adına uşaqkən “qıcığım” vardı. Bir qohumumuz vardı, atası Ənvər ismi vermişdi ona. Məndən yaşca kiçikdi. Bizə qonaq gələndə atam onu dizinin üstünə alıb, “Ənvər Paşa” deyə saçlarını oxşardı. Qardaşımla qısqanırdıq onu. Atamız bizi heç elə sevib, əzizləməzdi. Ənvərin anası qohumumuzdu, “Vəkilovlu” idi. Çox çalışırdı bizi oğlu ilə dostlaşdırsın, ancaq yaxınlıq vermirdik Ənvərə. Anlamırdıq hələ çox şeyi.

Tam mətn

YÜNGÜLCƏ DİRSƏK ATMAQ

Tualetdən başlamışdı hər şey. Amsterdam aeroportunun kişi tualeti bir vaxtlar çox natəmizmiş. Pissuarların içinə milçək şəkli çəkirlər. İnsanlar “milçəyi” hədəf almağa başlayır. Və tualetlər 80 faiz daha təmiz olur. Bu, ilk “nac” (nudge) idi… Əhəmiyyətli layihələrin ideyaları kafe və restoranlarda yaranıb. Bir-neçə il əvvəl Nyu-York kafelərindən birində 2 alim yazacaqları kitabı müzakirə edirmişlər. İqtisadçı Riçard Taler (Richard Thaler) və hüquqçu Kass Sansteyn (Cass Sunstein) bu kitabları ilə dünyada yeni bir cərəyanın əsasını qoymaq üzrə idilər.

Tam mətn

İLANLAR VƏ DOVŞANLAR

Dovşan piton və ya boa ilanı ilə qarşılaşınca donub qalır. İlan şikarını hipnoz etdi deyirlər. Amma hipnoz-filan deyil bu. İlanın bütün orqanları – görmə, vibrasiya detektorları, temperatur reseptorları hərəkəti tanımağa, seçməyə köklənib. Dovşan hərəkətsiz qaldığı müddətcə ilan onu görmür. Amma azca qımıldayan kimi ilan onu seçir və ani bir həmlə ilə ovunu yaxalayır. Yaxalayır və udur… * * * Dəyişim hürkütücü və qorxuducudur. İlk başda belədir, getdikcə insan alışmağa başlayır, sonra qəbul edib özünü onun dalğalarına atır.

Tam mətn

QUM KİTABI

Sirli qonaq kitabı İndostanda bir aborigendən aldığını dedi. Kitab “Qum Kitabı” adlanır, çünki, “O da qum kimidir, nə əvvəli var, nə də sonu”… Elçin Şıxlının yubileyinə “Aynaçılar” bir film çəkiblər. Arif Əliyev ortaya bir qum saatı çıxarır o filmdə. İlk dəfə yubiley günü, dostlarla qohumların yubilyarı sevgi selinə bürüdyü axşam baxdıq filmə. Və qum saatı məni Dünya, zaman, son və sonsuzluq haqda çeşidli düşüncələrə daldırdı. Ən sevdiyim yazıçının ən sevdiyim hekayəsini xatırladım.

Tam mətn

ONUN “GİZLİ” BAKI SƏFƏRİ

Xəbəriniz varmı, fantastik Hyperloop layihəsinin müəlliflərindən biri, “Hyperloop One” Direktorlar Şurasının sədri, tanınmış amerikalı iş adamı Şervin Pişəvar Bakıya gəlibmiş. İranda doğulub Amerikada böyümüş, əfsanəvi Berkli (Berkeley) universitetinin məzunu, Tumblr, Warby Parker, Airbnb, Didi, MachineZone və Uber kimi böyük layihələrin müəllifi “ADA” universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” adlı mühazirə oxuyub. “Startup” layihələrinə   böyük sərmayələr qoyan Şervin Pişəvar “ADA”nın tələbə-müəllim heyəti qarşısında uğurlu biznes ideyalarının tapılmasında tövsiyyələri ilə bölüşüb.

Tam mətn

MUTLULUQ YOLUXUCUDUR

Bakıya hər gəlişimdə insanların üzündəki hüzn və kədər, ümidsizlik və mutsuzluq məni məyus edir. Kimi dindirirsən barıt çəlləyitək partlayır, alçaq səslə danışan çox azdır. Əsəbi, gərgin, psixikası pozulmuş insanların sayı sürətlə artır. Sosial şəbəkələrdə bir qrup adam isə psixoloq ədası ilə cəmiyyətə müxtəlif diaqnozlar qoyur, adamları depressiyaya sürükləyir. Vəziyyət acınacaqlıdır – depressiv psixoloji çöküntü, sabaha inamsızlıq həyatı cəhənnəmə çevirir.

Tam mətn

ÖLƏN ÖLÜR, QALAN SAĞLAR BİZİMDİR

Anası erməni idi, atası isə əslən Azərbaycandan. Siyasi tabularını yıxaraq “Karabağ” mahnısı oxudu. Solçu bir sənətçinin pantürkist hayqırışı da dedilər, “Anası erməni olan bir adamın səmimiyyətinə inanmaq olarmı?” da. Şöhrətinin zirvəsində idi. Sosialist fikirli bir adam göz görə-görə milliyyətçiyə çevrildi…  AzTV-nin Türkiyə Təmsilçisi olduğum vaxtlardı. Enerji layihələrinin gündəmi ən məşğul edən zamanda Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma) şirkətinin Baş direktoru Hayrettin Uzundan müsahibə götürəcəkdim. 1995-ci ilin sonbaharında çətinliklə yanına düşdüm.

Tam mətn