PARASELS VƏ GECƏ QONAĞI
(Avstriya Gündəliyi – 2) Buddanın hüzuruna gələn gənc ondan möcüzə göstərməsini istəyir. Əgər möcüzəyə şahid olsa, onun tələbəsi və davamçısı olacaq. Budda möcüzə yaradır, bunu görən gənc adam “Sənin tələbən olmağa razıyam” deyir. Budda isə “Sən mənə artıq lazım deyilsən” deyərək ondan imtina edir… Bütün gecəni yağış yağdı. Gözümü açan kimi torpağın necə qoxacağını təxmin etməyə çalışdım. Otelin restoranında səhər yeməyini tez yeyib şəhərə çıxırıq.