Tarixi dəyişdirən jurnal
(VERNER FON BRAUN -2) Məktəbli ikən hər il sentyabr ayının sonlarında evimizdə gələn il üçün qəzet və jurnallara abunə təlaşı başlayırdı. Bütün ailə fərdləri toplanır, hər kəs istəyini dilə gətirirdi. Abunəlik kağızlarını doldurarkən hamının zövq və maraqları diqqətə alınırdi. Seçim haqqıma baxmayaraq atamın məcburi gördüyü çap orqanları da vardı. Onlardan birini sevmirdim, yolda itib-batmasını arzulayır, poçt qutumuza düşməsini istəmirdim.