ADINI TURAN QOYDUM
Türkiyə və türklərlə ilk tanışlığım atamın şəxsi kitabxanasındakı türkcə kitablardan başlayıb. 10-11 yaşlarımdan 17 cildlik “Türkiye Ansiklopedisi”ni vərəqlədiyimi xatırlayıram. Yaşım artdıqca bədii ədəbiyyata keçdim. Və təbii ki, Nazim Hikmətdən başladım. Çünki, o zamanlar Nazimin 8 cildlik “Bütün Eserleri” bizdə də evdə var idi. Bu kitablar Bolqarıstanın “Narodna Prosveta” nəşriyyatında çap olunduğu üçün onları Moskvadakı xüsusi kitab mağazasından almaq mümkün idi.