İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Qara Qu quşu

Hollandiyalı kapitan Villem de Vleming (1640-1697) Avstraliyanın cənub-şərq sahillərini ilk tədqiq edən səyyahdır. Vlemingin ağlına belə gəlməzdi ki, XXI əsrdə onun adı dünyanın ən ciddi siyasi, iqtisadi və maliyyə ədəbiyyatına düşəcək…  Avstraliyanın kəşfinə qədər qu quşlarının ağ rəngdə olduğu bilinirdi. Lakin 1697-də de Vleming materikin qərbində qara rəngli qu quşlarına rastlayır. Onlar ornitoloqları heyrətləndirir və böyük sensasiya yaradırlar.

Tam mətn

Yapon və Çin mifologiyasında “Baku”

  Yuxu janrdır, qorxulu yuxu isə mövzu X.L.Borxes Yaponlar ailəcanlıdırlar. Ənənəvi olaraq gecə yuxusuna və istirahətinə çox önəm verirlər. Ailə həyatında isə çocuklarının yuxularına bir ritual kimi baxır və onların səhər şən, dincəlmiş oyanmalarına diqqət edirlər. Lakin çocuklar kimi böyüklər də qorxulu yuxu və kabuslardan sığortalanmayıblar. Yapon mifologiyasında vahiməli yuxu, kabus və qarabasanları məhv edən bir xəyalət var. Kökü çin folklorundan gələn bu məxluq bir növ ximeradır. Qədim miflərdə ximera, bir bədəndə müxtəlif canlıların orqanları birləşmiş xəyalətdir.

Tam mətn

Oğlunu yeyən ata

Görkəmli alim, akademik Azad Mirzəcanzadə (1928-2006) aspirantlarını ildə 2 dəfə yay və qiş məktəblərinə toplayırdı. Yayda Qara dəniz sahilindəki Gelincikdə (Krasnodar yaxınlığında), qışda isə Ufa (Başqırdıstan) və ya Moskvada. Əfsanələr dolaşırdı o məktəblər haqda. Aspirantları ilə birlikdə elmlər doktorları və professorlar belə 2 həftəlik kampus həyatına can atırdılar. Freydən Froma, Stravinskidən Q. Qarayevə, Bodlerdən H. Cavidə, etnogenezdən xaos nəzəriyyəsinə qədər doyumsuz söhbətlər, müzakirələr olurdu. Azad müəllim elmi rəhbərim idi, aspiranturaya qəbul olduğum il məni də Ufaya apardı.

Tam mətn

Özündən başqa hər şeyi bilən insan

    Ölüm yoxdur, cənablar M. Bexterev   Kembric universitetinin alimləri 1954-cü ilin 11 aprel gününü XX  əsrin “ən darıxdırıcı günü” seçiblər. “True Knowledge” adlı axtarış sisteminə 300 milyon məlumat yüklədikdən sonra alqoritm o gün yadda qalacaq heç bir olayın baş vermədiyini tapıb… * * * * * Qədim zamanlardan başlayaraq insan ölümü yenməyə çalışmış, ölümsüz olmağın yollarını aramışdır.

Tam mətn

Xəstə cəmiyyətlər

    Hər cəmiyyət xəstədir, ancaq bəziləri digərlərindən daha da xəstədir C.Oruell İtaliyanın Monteqrano bölgəsinin kəndlərində insanlar “ailə mərkəzli” yaşayırlar. Hər kəs ancaq öz ailəsinin problem və ehtiyaclarına baxır. Ailələri xaricində heç nə ilə maraqlanmır, önəm vermirlər. Kəndlilər çox kasıb, aclıq və səfalət içindədirlər. Buna baxmayaraq onlar heç bir ortaq təşəbbüsdə bulunmur, birgə iş yapmaqdan qaçınırlar. Övladlarının təhsil almalarını istəsələr də, birləşib kəndlərdəki sınıx-salxaq məktəb binalarını təmir etmirlər. Onlar min illərdir ki, öz adət-ənənələrinə sadiqdirlər.

Tam mətn

Yeni Dünyaya doğru

Bu yazı bir-neçə həftə əvvəl yazılmışdı. Elçin (Şıxlı) onu  sayta yerləşdirəcəkti ki, İstanbul aeroportunda o dəhşətli terror aksiyası törədildi. Bir az keçdi Euro-16 başladı,  yazı yenə ertələndi. Hər şey normallaşırdı ki, bu dəfə də hərbi çevriliş cəhdi çıxdı ortaya. Dvorjak haqqındakı yazımı bu gedişlə tamam unudacaqdım ki, baxdım bu yazı elə indiki hadisələr haqqındadır. Çünki yazmağa başladığımda məni düşündürən fikirlər elə bu günkülər kimiydi… ***** “Caz musiqisini kimlər yaradıblar?” deyə sual etsəm, çoxları “Təbii ki, afro-amerikalılar” deyəcəklər.

Tam mətn

300 min hamilə

Sayları sürətlə artır. Savaşdan qaçıb gəldiklərində 2 milyon 750 min idilər. Doğa-doğa 200 min də artdılar. Artıq nə az, nə çox -3 milyon suriyalı var Türkiyədə. Bu rəqəmlər rəsmi rəqəmlərdir. Qeyri-rəsmi isə 5 milyon (!) suriyalıdan söz edilir…   *****   Qaçqınların təxminən yarısı qadınlardır. Onların 300 mini (!) hamilədir. İki il sonra bu gedişlə 4 (dörd) milyon olacaqlar. ***** Avropa qapılarına kilid vurdu, gələnləri geri çevirdi. Türkiyə isə qucaq açdı. İş, aş, sığınacaq verdi.

Tam mətn