İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

YAŞIL TAXTA PARÇASI

Məzarı üçün qeyri-adi bir yer seçilmişdi. Vəsiyyətinə uyğun olaraq dəfnində dini rituallar yerinə yetirilmədi. Zatən rus kilsəsinin Sinodu ölümünə yaxın onu pravoslavlıqdan çıxartmışdı. Dəfnində keşişin ənənəvi ayini yerinə mərhumun dostu “yaşıl taxta parçası” haqda bir hadisə danışdı. Böyük rus yazıçısı Lev Tolstoyun belə fərqli yerdə dəfn edilməsinin səbəbi o hadisənin nəqlindən sonra aydın oldu… Yaşıl taxta parçası uydurulmuş, unudulmuş bir artefaktdır, yəni insan tərəfindən yaradılmış obyektdir. Deyirlər ki, guya Ümumbəşəri Səadətin sirri bu artefaktda saxlanılıb.

Tam mətn

ÖLÜMÜN XƏSTƏLİK OLACAĞI ERANIN ASTANASINDA

Xeyli vaxtdır illər əvvəl ölmüş atasının diriləcəyi xəyalı ilə yaşayır. Hər keçən gün o anın yaxınlaşdığını hiss edir. Əslində buna heç xəyal demək də olmaz. Çünki elm və müasir texnologiyalar 2030-cu ilə qədər  insanın həyatdan getmiş yaxınıyla bağlı xatirələrini onun DNK nümunələri ilə birləşdirib vəfat edənin virtual versiyasını yaradacaq. Modern dünyanın son nailiyyətlərinə baxanda bu yazdıqlarım heç də fantastika kitabından gətirdiyim iqtibas deyil, gerçəkliyin tam özüdür.

Tam mətn

XOŞBƏXTLİK HAQDA ƏN UZUN ARAŞDIRMA

Adətən səliqəli olan yazı masamın üstü son vaxtlar dağınıqdır. Kağız-kuğuz, hansısa bir səhifəsindən ağzüstə çevrilmiş kitablar, dərgi və qeyd dəftərlərim və önümüzdəki aylarda “Ayna” üçün düşündüyüm mövzulardan ibarət bir siyahi. Onlardan biri Amerikadakı əfsanəvi Harvard universiteti ilə məşhur Harvard Tibb məktəbinin apardığı bir tədqiqatdır. Bu tədqiqat bir müddət idi ki, beynimi yamanca məşğul edirdi.

Tam mətn

Ölü yeri

Trabzona getmişdim. Dəfn mərasiminə. Dostumun babası vəfat etmişdi. Sabahın ilk işıqları ilə dostumun acısını paylaşmaq və onu tək qoymamaq üçün Türkiyənin qərbindən şərqinə — o biri ucuna uçuruq. İstanbuldan ölkənin hava limanı olan şəhərlərinə uçuşlar çox erkəndir.  Güman ki, elə ölüm-itim kimi qəfil hadisələri eşidib dəfnə yetişmək üçün. Ölüm varkən biz yoxuq, biz varkən isə ölüm yoxdur. Zatən onunla heç qarşılaşmayacağıq-Epikur Trabzona saat yarım uçur təyyarə. O qədər böyükdür ölkə.

Tam mətn

i2p

Son günlər güşünürəm ki, ya gərək yazmağın daşını atım, ya da gedim bu yaşımda özümə başqa iş tapım. Lakin, iqtisadi böhran mənim yaşadığım ölkədə də öz təsirini göstərməyə başlayıb. Dünənə qədər bizə bir şey olmaz deyən müxtəlif səviyyəli başbilənlər nə dolların önlənəbilməz yüksəlişini dayandırmağa qadirdirlər, nə də yeni iqtisadi siyasət formalaşdırmağa. Odur ki, ən doğrusu hələ bir az da ayaqda durmağa çalışmaqdır.

Tam mətn

Martanın Kassandrası

“Ya müharibədə qəzet müxbiri olacaqdın, ya da yatağımda qadınım”. Ernest Heminquey bu sözlərlə bitirmişdi üçüncü evliliyini. Çünki qadını jurnalistikanı seçmişdi. 5 illik evlilikləri sürəkli ezamiyyətlər, sosial fəaliyyətlər üzündən sarsılmış və Hemi yalnızlığa sövq etmişdi. Keçən əsrin ən tanınmış savaş müxbiri, gözəllər gözəli Marta Gellhorn (1908-1998) doxsan illik ömrünün 60-nı qəzetçiliyə həsr etmişdi. Floridada, bir barda görmüşdü onu ilk dəfə Heminquey. İmzasını isə daha əvvəldən, yazdığı qısa reportajlarından tanımış, onun sadə və yalın cümlələrinə heyran qalmışdı.

Tam mətn

Saxalin adası

Tokio Tokio olalı belə kitab növbəsi görməmişdi. 2009-un baharında yaponlar aylardır gözlədikləri romanlarına qovuşmaq üçün uzun növbələrə durmuşdular. Təkcə çıxdığı həftə kitab 1 milyon satılmışdı. Bənzər bum Rusiyada yaşandı. Rusların ən çox oxuduğu müəllifdir Haruki Murakami. “1Q84” romanının ilk cildini – “Min kim bilir neçə yüz səksən dörd, I Kitab, Aprel-İyun”u mən ikicə günə oxumuşdum… Murakaminin bütün əsərlərində musiqi var. Süjet xətti üçün bir fon deyil musiqi, oradakı həyacan və ehtiras, həyat və ölümdür.

Tam mətn