İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

BİZİM MİDASLAR VƏ YA SÜNİ İNTELLEKT

İncildəki rəvayətlərə görə Yer üzündəki sonuncu müharibə “Armageddon”da baş verəcək. Xristianlıqda Apokalipsis “Dünyanın sonu” və “Qiyamət günü” ilə sinonimdir. Armageddon fəlsəfə və ədəbiyyatda bütün müharibələrə son verəcək olan Xeyirlə Şər arasındakı axırıncı savaşdır. Bu savaşdan sonra bütün canlılar kainatdan silinəcək və “daşüstə daş qalmayacaq”. Apokalipsisin 3-cü Dünya müharibəsi, nüvə bombasının partladılması, nəhəng bir meteoritin Yer kürəsinə çarpması və b. səbəblərdən gələcəyi təxmin edilir. Tarix verənlər belə var. Nostradamus, məsələn, 3537-ci il deyir.

Tam mətn

HƏYATI BURAXMA

2-ci yazı   Ya siqareti buraxmalıydım, ya da… Birincini seçdim. Amma 30 il siqaret çəkdikdən sonra. Bu illər ərzində getmədiyim klinika, girmədiyim terapiya seansı, çeynəmədiyim nikotin saqqızı, sınamadığım elektronik siqaret qalmadı. Ta ki 2009-cu ilə qədər… Əczaçı dostum Zeynəb gündə 2-3 ədəd siqaret çəkirdi. Tiryaki demək olmazdı ona. Bir gün “gəl birlikdə ataq bu zəhrimarı” dedi. MORA Terapiyanın adını da ilk dəfə o vaxt eşitdim. İstanbulda bu metodu ilk tətbiq edən rəfiqəsinin əri idi.

Tam mətn

30 İLLİK MÜBARİZƏM

1-ci yazı  İlk dəfə siqareti 2-ci kursda çəkmişəm. “Tətbiqi riyaziyyat”dakı uşaqların çoxu çəkən idilər. Kafedra müdirimiz prof. Vaqif Pirməmmədov (nur içində yatsın) koridorda bizimlə siqaret çəkir, Gümrah Cəfərli (mərhum Nəcəf Nəcəfovun qayınatası, işıqlar içində yatsın) isə mühazirənin ortasında şirin Borçalı ləhcəsi ilə “kimdə pışka var, a bala” deyib, “qəm tütəyi” adlandırdığı “Marlboro”sunu yandırırdı.

Tam mətn

KAĞIZ ARSIZDIR, QIZARMIR

Moskvalı bir dostum var, elitar “Snob” jurnalının yazarıdır. Ötən gün “Facebook”da bir karikatura paylaşmışdı. Yaşlı osmanlı türkünün aşağılayıcı bir şəkliydi. Başında fəs, ikiyə bükülmüş zavallı bir ixtiyarı Sultan Abdulhamitə bənzətmişdilər. Karikatura Şarli Ebdo (Charlie Hebdo) stili qədər ağır olmasa da, ovqatım təlx oldu. Dostuma şəklin mənşəyini sordum. Karikaturanı T. A. Filippovanın “Şərqli Düşmən” (Татьяна Филиппова. »Враг с Востока». Образы и риторика вражды в русской сатирической журналистике начала XX века- М. 2012) kitabından götürdüyünü dedi.

Tam mətn

100-DƏN BÖYÜK RƏQƏM VARMI?

Böyük qızım Boğaziçi universitetindən məzun olanda bütün ailə məzuniyyət mərasiminə getmişdik. Universitet stadionu dolub daşırdı. Xoşbəxt ailələr həyəcanla mərasimin başlanmasını, sevincli məzunlar isə səbirsizliklə “kep”lərini havaya fırladacaqları anı gözləyirdilər. Mən isə həm də rektor, professor Kadri Özçaldıranın təbrik nitqini – görən bu tanınmış fizik nələrdən danışacaq, tələbələrinə nə nəsihətlər verəcəkdi. Kürsüyə çıxan rektor gözlənilənin əksinə çıxış etmək yerinə məzunlardan üzr istəməklə kifayətləndi:“Bizi bağışlayın, dünən sizə öyrətdiklərimiz artıq köhnəlib, onları unudun”.

Tam mətn

Günəş varsa, hənirti var

— Ne harika yer burası! Nereden buldun bu Datça’yı? — “Elimle koymuş gibi buldum.” Can Yücel Mən Arif və Elçinlə Datçanın darısqal daş küçələrindən keçib birmərtəbəli daş evlərin arası ilə addımlayıram. Bağçalardan küçəyə rəngarəng çiçəklər boylanır. Beqonya, sardunya və melissanın qoxuları bihuş edir insanı. Dostlarıma tərəf dönüb:”Sizcə Datçaya hansı mövsümdə gəlmək lazımdır”,- deyə sual edirəm. Hər zamankı təmkini ilə Arifin cavabı lakonikdir:”Buralar hər zaman cənnətdir”.

Tam mətn

ARMUD FORMASINDA BİR MUSİQİ

Yaradıcı insan patoloji sərhədlərə yaxınlaşma cəsarətini göstərib, ondan reallığa geri dönə bilən insandır. Bunu alim və sənət adamına da, sadə insana və dahiyə də şamil etmək olar.   Bəzi psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə məşhur adamlara diaqnozlar qoymuşlar. Eyni şeyi psixoanalitiklər də edirlər bəzən. Onlar bu “gücü”  Ziqmund Freydin “Yaradıcılığın psixoanalizi.

Tam mətn