Palçıq şəhərin palçıq adamları
Adətən, əlin sükan tutanda, gözün yolda olur. Ətrafa çox diqqət yetirmirsən. Yolqırağı evlər, xırda dükanlar Çində istehsal olunmuş solğun uşaq kitablarının fırlanan karton rəsmləri kimi ötüb gedir. Bu dəfə Balaxanıdan keçəndə sürəti tam azaltmalı oldum. Çünki yağışdan sonra asfalt siçan yemiş döşək ağına bənzəyirdi, dəlmədeşiklərinin sayı yox idi. O…