Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

6 ilə ABŞ-a çatacağıq!

Ərdoğan hökuməti virtual dünyanın kralları ilə, hələlik, genişmiqyaslı müharibəyə başlamasa da, kəşfiyyat döyüşləri aparır: Twitter-ə müvəqqəti qadağalar qoyur, İnternet resurslarından istifadə formalarını məhdudlaşdırmağa cəhd göstərir. Bizim də bu sahədə öz «kəşfiyyatçı»larımız» var. Bu yaxınlarda bir hakim Facebook-u cəzalandırmaq barədə məhkəmə qərarı çıxarmışdı. Ən fəal «kəşfiyyatçı dəstəmiz» isə parlamentdə pusqudadır….

Tam mətn

Beyin dərisinin altında yerləşən media

Bayramlardan sonra ilk iş günü saytlarda xəbərlərə baxdım və heyrətdən dondum. Yazırdılar ki, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bir neçə gün əvvəl beynindən əməliyyat olunub. Bir yerdə hətta oxudum ki, şişini kəsib götürüblər və Yadigar özü bunu təsdiq edib! Hər xəbərin böyründə də təşkilat sədrinin gülən yerdə şəklini…

Tam mətn

XIX əsrə xoş gəlmisiniz!

«Rəsmi məlumat»a görə, Krım referendumunda iştirak edənlərin 95 faizi Rusiyaya birləşməyə tərəfdar olub. Təəccüblü heç nə yoxdur. Əvvəldən də bəlli idi ki, səsverməyə ancaq «tərəfdarlar» gedəcəklər. Amma referendumda seçicilərin 83 faizinin iştirak etdiyi barədə xəbər Rusiyanın «rəqəm giqantomaniyasının» növbəti nümunəsidir. Çünki əvvəlcədən o da bəlli idi ki, yarımadanın əhalisinin…

Tam mətn

Siyasətçilərin «nurçuluğu»

Alman yazıçı Ziqmund Qraffın bir aforizminə düzəliş versək, deyə bilərik ki, «Azərbaycanda yaradılan nurçuluq xofu köhnə qəsrdəki kabusun xofu kimi bir şeydir: onu heç kim görməyib, amma hamı bir-birini onunla qorxudur». Hədəfim nə nurçular, nə onun əleyhdarlarıdır. Heç birinə — hər halda, Azərbaycanda ictimai fikrin bugünkü durumunda — qorxu…

Tam mətn

Köçən adam

Bir neçə həftə əvvəl köhnə «Sovetski»dən yazmışdım. Onda mənə elə gəlirdi ki, bir vaxtlar kənar adamın ehtiyatla keçməyə çalışdığı bu məhəllə öz hikkəsini, etiraz potensialını çoxdan itirib. Nə qədər qəribə olsa da, «Sovetski» sovet qaydalarına bir etiraz forması idi. Bura şəhərin başqa yerlərindən nə gözəlliyi, nə xüsusi eybəcərliyi, nə…

Tam mətn

Kiyev kotleti

Yanan şinlərin tüstü pərdəsi «Maydan»ın üstündən çəkiləndə yaranmış mənzərəni seyr edib öz-özümdən soruşdum:»O qara pərdənin altında nə baş verdi?» Əgər bu, inqilab idisə, hanı o inqilabın liderləri və planları? Meydana toplaşmış camaatın qarşısında bir-bir təzimə çıxıb nazir postuna xeyir-dua istəyən müxalifət rəhbərləri lider roluna əsla yaraşmırdılar. «Tüstülü» günlərdə etirazçılar…

Tam mətn

Hamilə qadınları Azərbaycan televiziyasına baxmağa qoymayın

Srağagün elə yerdə idim ki, yaxamı kənara çəkə bilmədim, Azərbaycan televiziyasının verilişlərinə baxmağa məcbur oldum. Uşaqlıqda sevdiyimdən az qala qucağımda gəzdirmək istədiyim bu «sehrli qutu»nun niyə indi mənimçün işgəncə aparatına çevrildiyi barədə düşündüm. Yerli televiziyadan, prezident administrasiyasının rəhbərliyi, Milli Teleradio Şurası, rəsmi dövlət qəzeti daxil, hamı şikayətlidir. Qəribə hal…

Tam mətn