Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

GÜLLÜ-QULLU BAYRAM

Deyirlər, yuxuda gəzən adamı oyatmaq üçün ayağının altına yaş əski atmaq lazımdır. İki asi gəncin heykələ hörmətsizliyə görə, amma ənənəvi narkomaniya ittihamı ilə on illiyə azadlıqdan məhrum edilməsi yuxulu cəmiyyətimizin ayaqları altına atılmış əski olmalıdır. Mayın 10-da, ənənəvi Gül bayramında bu iki gənc – Qiyas İbrahimov və Bayram Məmmədov – mərhum prezident Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək» sözləri yazmışdılar.

Tam mətn

Yalama stansiyasının platformasında qatar gözləyən 350 ruha ithaf

Arif Əliyev   Yalama stansiyasının platformasında qatar gözləyən 350 ruha ithaf   «- İlyas bəy, de görək, bu necə oldu? — Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldi. Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundu, parlament də ləğv edildi.

Tam mətn

QABANSUR, AY QABANSUR

  Mən Qulu Məhərrəmli ilə tanış olanda hər ikimiz dünyagörüşü formalaşmış, mövqeyi müəyyənləşmiş, qeyri-təvazökarlığımı bağışlayın, tanınmış jurnalistlər idik (o, daha çox). Jurnalistika olmasaydı, bəlkə, heç rastlaşmazdıq. Ən azı buna görə səkkiz yaşımda etdiyim seçimə — öz peşəmə minnətdaram! Sonralar bildim ki, həmin vaxt, mənim səkkiz yaşım olanda Qulu Şuşa internat məktəbində oxuyurmuş. Özü də təkcə ana dili, tarix, riyaziyyat yox, xorda nəğmə da oxuyurmuş.

Tam mətn

Dərzi və prezident

«Ölkə əhalisinin 70 faizinin çəkisi normadan artıqdır, artıq çəki isə insanın ömrünü qısaldır. Həm də arıq adam kök adamdan ağıllı olur. Beyin kütləsinin hər qramına nə qədər az ət yükü düşsə, başımız bir o qədər iti işləyər». Bunu «doxtur» dostum deyir. Hərçənd, dostum baş yox, diş həkimidir, amma çox inandırıcı danışır. Xalaoğlu ilə bəhsə-bəhs mən də idmana qurşandım və tər tökə-tökə gənclik normamı bərpa etdim.

Tam mətn

Şeytanın ağız suyu

 Belə havada dolanbac dağ yolunda maşın sürmək uçurumun kənarı ilə gözübağlı gəzmək kimi bir şeydir. Qatı dumanda göz-gözü görmür (ağ rəng də qaranlıq çökdürərmiş!).  Sükanı sağa əysəm, sıldırım qayaya çırpıla bilərik, sola əysəm – gələn yaza kimi qalıqlarımızı dərənin dibindən çıxarmaq da mümkün olmayacaq. Əyləci basıram, amma mühərriki söndürmürəm. Yol yoldaşım düşüb maşının qabağına keçir. Bircə qaraltısı sezilir. — Qəribə dumandır, — səsi də nəm çəkib, ağırlaşıb elə bil, — toxunuşunu dərimlə hiss edirəm.

Tam mətn

Sevimli Yaşılgözlümdən müjdə

   Yəqin, çoxlarınıza tanış hissdir: hərdən köhnə mahnıdan bir bənd düşür yadına və təkrar-təkrar qulaqlarında səslənir. Ya bir şeir girir beyninə və sətirlər gözlərinin qabağında qaynaşır. Qova bilmirsən, sanki maşın sürdüyün yerdə qəfil başlayan yağış qabaq şüşəni elə tutur ki, qurulamağa macal tapmırsan. Okudjavanın 53 il əvvəlki «Dua»sı fikrimi cəmləşdirməyə qoymur. Bilmirəm, nə istəyir? Axırda ümidim ona qalır ki, tərcümə edim, bəlkə, yaxamdan əl çəkdi.

Tam mətn

Kəbinlər tək göylərdə yox, həbsxanada da kəsilir

  Xeyli zamandır, Elçin Şıxlı məni yazmağa həvəsləndirir. Cavab verirəm ki, ha fikirləşirəm, yadıma qara-quralar, ağrılı-acılı problemlər düşür. Bəd şeylərdən çox yazanda isə adam özü bədbinliyə tutulur. Nə vaxtdır, işıqlı bir şey axtarıram («nurlu» deyərdim, amma Qulu Məhərrəmli tapşırıb ki, o sözü dilimə gətirməyim: «nurçu» sayarlar), tapa bilmirəm. Sağ olsunlar Seymur Həzi ilə Nigar Yaqublu (avqustun 2-dən Nigar Həzi). Qaranlığa işıq saldılar. Hər ikisinin cavan yaşlarında, ağıl və istedadlarına baxmayaraq (bəlkə də elə buna görə), problemləri xirtdəkdəndir.

Tam mətn