Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Kim tapar: bu yazı neçənci ildə, hansı seçkilərdən sonra yazılıb? 2003, 2005, 2008, 2010, yoxsa 2013?

Söz vaxtına çəkər: təxminən bir il əvvəl elə bu vaxtlar adı inqilab rejissorlarından biri kimi çəkilən məşhur filantrop-maliyyəçi Soros dedi ki, Azərbaycan tipli ölkələrdə seçki keçirmək işin xeyrindən çox, ziyanınadır. Hər seçkidən sonra hakimiyyət daha zorlu, müxalifət daha zəif, insanlar daha bədbin olur. Son günlərdə ən çox eşitdiyim…

Tam mətn

Seçki utancaqları

Bu həftə könlümə başqa mövzu düşmüşdü. Hətta biri yox, ikisi. Amma onlar gözləyər, daha əcil məsələ var. İndi başınız çox qarışıqdırsa, oktyabrın 8-də, seçki təbliğatının tam qadağan olunduğu «sükut günü» oturub fikirləşərsiniz: Azərbaycanda Eurovision-2013 müsabiqəsində iştirak üçün müğənni seçiminə həsr olunmuş konsertlər daha geniş işıqlandırıldı, yoxsa prezident seçkisi…

Tam mətn

İstəyirik Avropaya girək,

«- Gəlin, çalışaq, biz də avropalılar kimi yaşayaq: əyyaşlığın daşını ataq, oğurluqdan əl çəkək, rüşvət verməyək, bir-birimizin ayağından çəkməyək… — Eləyək e, amma onda milli özünəməxsusluğumuzu itirmərikmi?» Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu bildirir ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Abşeronda…

Tam mətn

Kor kora bələdçilik edəndə…

Sentyabrın 18-də «Azadlıq» qəzetində prezidentliyə namizədlərin təşviqat kampaniyası haqqında müsahibəm dərc olunmuşdu. Orada namizədlərə pullu təşviqat imkanı verməkdən imtina edən özəl telekanalları yamanlamışdım. Müsahibə dərc edildiyindən bir gün əvvəl verilmişdi, təbii. Elə o axşamı prezidentliyə namizədlərin və onların səlahiyyətli nümayəndələrinin İctimai televiziyada qanunun tələbi ilə keçirilməli olan 10…

Tam mətn

Payız interyerində seçki portreti

«Satdı gülzari-behişti iki buğdayə babam…» Prezident bir-bir rayonları gəzir: lentlər kəsir; bura 2 milyon manat, ora 3 milyon manat, bölgələrin nüfuzuna görə pul paylayır. Seçki ərəfəsində prezident fondu ilə hakimiyyət namizədinin şəxsi fondu arasında fərq tamamilə itir. İcra başçıları düşüncə içərisindədirlər, beyinlərində vurub-bölürlər: «Yarısı…

Tam mətn

Azərbaycanın ilk «yerli» media azadlığı indeksi

Azərbaycan, Belorus, Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın jurnalist təşkilatları Avropa İttifaqı tərəfindən dəstəklənən «Avropa Qonşuluq Siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi» layihəsi çərçivəsində Media Azadlığı indeksləri hazırlayırlar. İndekslər hər üç aydan bir təzələnəcək, yerli ictimaiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən ümumavropa təsisatlarına təqdim olunacaq. «Yeni Nəsil» Jurnalistlər Birliyi Azərbaycan…

Tam mətn

Analoqu olmayan

Hər bir sistem vaxtaşırı müvazinətini yoxlayır, gücünü sınayır. Siyasətin dərinliklərinə və ictimai həyatın qəribəliklərinə bələd olan müdriklər deyirlər ki, avtoritar tipli rejimlər üçün bunun ən yaxşı üsulu vəziyyətin absurda çatdırılmasıdır. Onda cəmiyyətin ayrı-ayrı təbəqələrinin absurda reaksiyası göstərəcək ki, sistemin iradəsi nə dərəcədə keçərlidir, lazımi məqamlarda kütləyə təzyiqləri artırmağın…

Tam mətn