Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Benzin

Bunu yanacaqdoldurma stansiyasında bir sürücü dedi. Adını bilmədim. Amma yumoru xoşuma gəldi. «Azərbaycanda benzin digər Xəzəryanı ölkələrdən ucuzdur». Bunu isə maşının radiosunda Dövlət Neft Şirkətinin məsul əməkdaşının dilindən eşitdim. Adı yadımda qalmadı. Yumorunu da başa düşmədim. Çünki dedikləri ağ yalan idi. Rusiyada indi benzin bizdəkindən 3 qəpik, Qazaxıstanda 13…

Tam mətn

Gülməli suallara ağlamalı cavablar

Media özü öz gündəmini zəbt edib. Sarsıntılar, xoşagəlməz hadisələr, aydın məsələdir ki, başqa sahələrdə də baş verir. Ağır qəzalar və kriminal olaylarla yanaşı, Rusiyada soydaşlarımızın başına açılan oyunlar, İran sərhəddində həmvətənlərimizə verilən əziyyətlər, Avrointeqrasiya prosesində ortaya çıxan yeni çətinliklər barədə xəbərlər səngimir. Amma bütün bu problemlər fonunda KİV-də ən…

Tam mətn

Güləyən Brayza

1960-cı ilin ortalarında Hindistanın baş naziri Lal Bahadır Şastrinin SSRİ-yə səfərindən sonra Bakıda «Sovetski»nin tinlərində dağlılar meyxana deyirdilər: Lal Bahadır Şasteri İfləməlik masteri… Lal Bahadırın nəyi xoşuna gəlməmişdi bizim meyxana deyənlərin, xatırlamıram: soyadımı (əslində, bu, öz soyadı deyildi, rütbəsiydi), Pakistanla müharibə aparmasımı, yoxsa gəlib qəflətən ölkəmizdə vəfat etməsiylə az…

Tam mətn

Buğda yeyib cənnətdən çıxanlara

Bu gün, yəni noyabr ayının 14-ü aşura günüdür. Çayxanaların çoxu, şadlıq evləri bağlıdır. Məscidlərin ətrafı qələbəlikdir. Dini ayinləri icra edənlərdən deyiləm, ancaq mənim də beynimdə dini mövzular fırlanır. Yadıma «buğda yeyib cənnətdan çıxanlar» ifadəsi düşüb, heç cür başımdan ata bilmirəm. Haradandır bu ifadə? Doğrusu, cavab tapmıram. Amma ifadə müsəlmanlar…

Tam mətn

«Azadlığ»ı anadan olduğu gündən bağlayırlar

İl ərzində «Azadlıq» haqqında başqa qəzetlərdə, saytlarda çıxan yazılara baxıram. Başlıqlar eynidir, yəni, təxminən eynidir: «Azadlıq» bağlanmaq təhlükəsi qarşısında». Tarixlər fərqlidir: 23 oktyabr 2012… 14 noyabr 2012… 9 yanvar 2013… 20 fevral… 1 mart… 16 aprel… 21 may… 2 iyul… 29 sentyabr… 22 oktyabr 2013. İl tamam oldu. Başlıq…

Tam mətn

Gözü yaşlı Ağ Mirvari

Akbernet qırğızca ağ mirvari deməkdir. Ağlayır. Həmkarlarının baxışlarından çəkinmədən gözlərinin yaşını axıdır… Bişkekdə treninq aparıram. Ölkənin cənubunda qanlı etnik toqquşmalardan sonra qırğız, özbək, rusdilli media işçilərinə milli münaqişələrin həllində jurnalistlərin rolu barədə təlim keçirəm. İkinci gündür ki, dostlar demiş, buraları «abıra salmağa» çalışıram. Özümüz abırlandıq, qaldı bunlar….

Tam mətn

Müstəqillik marşı

Günün birinci yarısını şəhərdə keçirdim. 18 oktyabrın ölkə tarixində nə iləsə əlamətdar olduğunu xatırladan heç nə — bircə plakat, bircə şüar da görmədim. Axşam da görməyəcəyəm. Telekanalların yadına düşməyib müstəqillik günümüz. Tək AzTV yarım saatlıq bir film salıb proqrama, o kanalı da, tərs kimi, evdə antennam yaxşı tutmur….

Tam mətn