Hakimiyyət – Müxalifət: qələbəyə bərabər heç-heçə
Noyabrın 2-də şəhərdə sakitlik idi, yalnız külək atını səyirdirdi. Həmin gün nə müxalifət deyən oldu, nə hakimiyyət: mitinq təxirə salındı. Yeni toqquşmalardan, onların daxili vəziyyətə və beynəlxalq nüfuzumuza əlavə mənfi çalarlar gətirəcəyindən narahat olanlar rahat nəfəs aldılar. Bu, qələbəyə bərabər heç-heçə idi. Amma müvəqqəti. İndi yaranmış fasilədən necə səmərəli istifadə etmək barədə düşünmək vaxtıdır. Payız zəngi “İslahatlar” söhbəti real cizgilər almağa başlayandan bəri ilk dəfə idi iqtidar-müxalifət münasibətləri belə kəskin qarşıdurma həddinə çatmışdı.