Muəllif:

Zəngəzur Milli Parkından xoş xəbər: yetkin erkək və dişi bəbirin birgə şəkilləri çəkilib

Yanvarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi ilə birlikdə Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirdikləri monitorinqlər zamanı fototələlər vasitəsilə yetkin erkək və dişi bəbirin birgə fotoşəkilləri, videogörüntüləri qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən yayılan xəbərə görə, son bir neçə ildə artıq dəfələrlə qeydə alınan bu faktlar  bəbirin (bizim dildə — qaplanın) yaşaması, çoxalması, onun qida obyektləri olan iridırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

Hesab edilir ki,  son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən «Böyük beşlik» proqramı çərçivəsində görülən işlər də öz müsbət nəticəsini verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlərə (qaplanlara) daha çox rast gəlinir və onların özlərini təhlükəsiz hiss edərək sərbəst yaşamaları üçün şərait yaradılır.  Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq aparılan monitorinqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını deməyə əsas verir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 500