Zəkəriyyə Öz vəzifəsindən kənarlaşdırıldı və ona böhtan atıldı
Türkiyədə rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamları əsasında bir sıra tanınmış şəxslərin həbsinə sanksiya vermiş Zəkəriyyə Öz İstanbul baş prokurorunun birinci müavini vəzifəsindən kənarlaşdırılaraq Bakırköy prokurorluğuna təyinat alıb.
Bu qərar ötən gün Hakimlər və Savçılar Yüksək Kurulu (HSYK) tərəfindən “rüşvət qalmaqalı” ilə bağlı ortaya çıxan yeni iddialar araşdırılarkən verilib.
Zəkəriyyə Özlə bağlı qərarda bildirilib ki, İstanbulda həyata keçirilən əməliyyatla bağlı istintaq işinin 6 əvvəl sona çatmasına baxmayaraq iş üzrə materiallar məhkəməyə verilməyib. Qərarda Zəkəriyyə Özün Dubayda bir tikinti şirkətinin dəvəti ilə tətildə olması iddiası da öz əksini tapıb.
Bir neçə gün əvvəl türk mətbuatında dərc edilmiş iddiaya əsasən, prokuror Zəkəriyyə Öz və onu müşayiət edən 8 nəfər Dubayda beş ulduzlu otellərin birində istirahət edib.
Guya onun 77 min lirəlik (təxminən 30 min manat) hesabını tikinti şirkətlərindən biri ödəyib. Öz bu iddianı təkzib edərək, hesabı öz cibindən ödədiyini bildirmişdir…