Muəllif:

Zaqatala qoruğunda çətənə əkiblərmiş…

Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 1 saylı dolayının ərazisində narkotik xassəli çətənə bitkisinin əkilməsi faktı aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilir ki, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən aprelin 11-də əraziyə baxış keçirilən zaman sahəsi 1 kv/m olan parnik və müxtəlif ölçülü qablarda uzunluğu 2-10 sm olan 130 ədəd narkotik maddəli bitki olması ehtimal edilən şitillər müəyyən edilib. Sahəyə fototələlər yerləşdirilərək ərazi nəzarətə götürülüb. Növbəti gün əraziyə yenidən baxış keçirən Qoruq əməkdaşları bir nəfər naməlum şəxsin sahədən uzaqlaşdığını müşahidə edib və bu barədə dərhal Balakən rayon polis idarəsinə məlumat verilib. Eyni zamanda sahəyə yerləşdirilmiş fototələlər vasitəsilə əldə olunan görüntülər polis əməkdaşlarına çatdırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qismində Balakən rayon Mazımqara kənd sakini Məhəmməd Balzalov yaxalanıb.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149