Yunan-Roma güləşçilərimiz İstanbulda Vehbi Emre xatirə turnirində yarışacaqlar
İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək. Turnir Ahmet Cömert Spor Salonunda 1-2 fevral günlərində təşkil olunacaq. Bu turnirdə 10 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu bu dəfə Eldəniz Əzizli (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, fevralın 1-də 59, 71, 80 və 98 kq, fevralın 2-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Final görüşləri Bakı vaxtı ilə, hər gün saat 19:00-da başlayacaq və «TRT Spor» kanalında canlı yayımlanacaq.
Aşağıdakı linklər vasitəsilə yarışı onlayn olaraq izləmək mümkündür.
Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250 dollardan 1 dollaradək azaldılıb.
Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.