Muəllif:

Yuliya Timoşenko həbsxanadan çıxır

Ali Rada prezident Yanukoviçin dönəmində səlahiyyət həddini aşmaq ittihamı ilə 7 il müddətinə azadlıqddan məhrum edilən Yuliya Timoşenkonun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdir.  Zalda olan 331 deputatdan 322-si bu qərarın lehinə səs vermişdir. Bu qərarı da prezidentin imzalamasına  lüzum yoxdur.

Timoşenko müxalifətçi «Batkivşina» partiyasının lideridir və bu partiya parlamentdə sayca ikinci yerdədir. Timoşenkonun həbsi Ukraynada ağrılı siyasi problemlərdən birinə çevrildi və bu məsələ başlanan etiraz hərəkatında mərkəzi yerlərdən birini tuturdu. Timoşenko ölkənin ən nüfuzlu siyasət adamlarından biri, bəlkə də birincisi hesab olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160