Muəllif: Redaksiya
Yol polisi əməkdaşını vurub qaçan sürücü yaxalandı
Yanvarın 5-də saat 23:00 radələrində Biləsuvar şəhərinin ərazisində «Mercedes» markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan Rayon Polis Şöbəsi Dövlət Yol Patrul Bölməsinin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov «saxla» işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə Ağaməmmədovu və «BMW» markalı xidməti avtomobili vuraraq hadisə yerindən qaçıb.
DİN saytına istinadən, görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi «Mercedes» markalı avtomobildə saxlanılıb. Ağaməmmədov xəstəxanaya yerləşdirilib.
Rayon prokurorluğu tərəfindən araşdırma aparıldığı bildirilir.
Bölüm: Kriminal
Oxunma sayı: 136