Yeni dönəmdə Ərdoğanı Türkiyə siyasətindən siləcəklər?
Türkiyədə hakim AKP-dən millət vəkili olan Şamil Təyyar Qərbi “Ərdoğansız Türkiyə” layihəsinin icrasına başlamaqda ittiham edib. Onun fikrincə, Qərb tələsir, seçkiləri belə gözləmədən “həmən gedəcəksən” mövqeyi sərgiləyir. “Onun üçün yeni dönəmdə Ərdoğanı Türkiyə siyasətindən siləcəklər”-deyə Ş.Təyyar bildirib.
Onun sözlərinə görə, ilk olaraq Ərdoğaının prezident olmasının qarşısını almaq planı var. Bu plan baş tutduğu halda “2015-ci il seçkilərindən sonra Ərdoğansız Türkiyə”nin şahidi olacaq.
Deputat qeyd edir ki, belə bir Türkiyənin yaranması üçün xaotik durum yaratmaq düşüncələri var, bu xaotik durumun həticəsi olaraq siyasi idarəetmə, iqtisadi sabitlıik pozulur, belə bir durumda Ərdoğan prezidentliyə namizəd ola bilməsi qeyri-mümkün sayılır. “Bu məsələ “Gəzi olayları”nda alınmadı, “17 dekabr əməliyyatı”nda yarımçıq qaldı, odur ki, yeni vasitələrə əl atmar ehtiyacı yaranıb”-deyə Ş.Təıyyar Ərdoğanı müdafiə etməyə çalışıb.
2013-cü ilin 17 dekabr “korrupsiya və rüşvət əməliyyatı” zamanı 4 nazir və 3 nazir oğlunun, xeyli sayda iş adamları və bankların korrupsiya və rüşvətə bulaşdığı aşkar edildi. Rüşvətdə iştirak etmələri faktlarla təsdiqlənən xeyli adam həbsə alındı. Bu işdə baş nazir Ərdoğaının oğlu Bilal Ərdoğanın da adı keçdi, Ərdoğanın özü və ailə üzvlərilə bağlı telefon danışıqları qeydə alındı.
Əgər nazirlər rüşvət alırsa, bu rüşvətlər ayaqqabı qutularından çıxırsa buna Qərb nə etsin, ölkənin baş naziri iki villa üçün iş adamına hansısa güzəştlər edirsə bunda Qərbin rolu nədir? Görəsən, o rüşvətləri ayaqqabı qutularına da Qərb təmsilçilri yığıb? Türkiyə kimi bir cahan dövlətini “ayaqqabı qabı” kimi “rüşəvt dövləti”nə döndərən Türkiyə iqtidarı utanmırmı?
Bu əməliyyat Ərdoğan iqtidarının zahirən dindarlardan, daxilən nəfsinin əsiri olan cılız adamlardan ibarət olmasını ortaya qoydu (Turan).