Muəllif: Redaksiya
«Yeni Avropa»nın baş redaktoru dələduz deyilmiş, açıb buraxdılar
“Yeni Avropa” adlı qəzetin bir neçə gün əvvəl dələduzluq maddəsi üzrə saxlanılan təsisçisi və baş redaktoru Yusif Osmanlı sərbəst buraxılıb. Bu barədə Yusif Osmanlı özü məlumat verib. Osmanlı bu gün sərbəst buraxıldığını deyib: ”Mənim tutulmağımda anlaşılmazlıq olmuşdu. Bu gün hər şey aydınlaşdı və mən sərbəst buraxıldım.”
Osmanlı martın 19-da Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş.
APA-nın əldə etdiyi məlumata görə, Osmanlı “Yeni Avropa” qəzetinin təsisçi və baş redaktorudur.
Bölüm: Kriminal
Oxunma sayı: 122