Muəllif:

“Yeni Avropa” adlı qəzetin baş redaktoru dələduzluğa görə tutulub

Müntəzəm yayımlanıb-yayımlanmadığı bilinməyən “Yeni Avropa” adlı qəzetin baş redaktoru dələduzluğa görə tutulub. Bu şəxs Nəsimi polisi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.  Dələduzluqda (bu ölkədə populyar cinayət növüdür) təqsirləndirilən 1980-ci il doğumlu Yusif Məhəmməd oğlu Osmanlı saxlanıb.

Polisdən o da bildirilib ki,  Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş. Osmanlı “Yeni Avropa”  adlı qəzetin təsisçi və baş redaktorudur.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144