Muəllif:

Yazıçı İsa Hüseynov 86 yaşında həyata vida etdi

Xalq yazıçısı  İsa Hüseynov  (Muğanna) ötən gün axşam saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. İsa Hüseynov I Fəxri Xiyabanda dəfn olunacaq. Mərhum sabah dəfn olunacaq.

Görkəmli yazıçısı, ssenarist və kinoredaktor, «Nəsimi» mükafatının ilk laureatı (2012) olan İsa (Muğanna) Hüseynov  12 aprel 1928-ci ildə Qazax rayonunun Muğanlı  kəndində doğulmuşdur. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına  Tibb İnstitutuna daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan  Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvada  Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), «Literaturnıy Azerbaydjan» qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə «İnqilab və Mədəniyyət» qəzetində çap edilən «Anadil oxuyan yerdə» yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Bu sıradan  Bizim qızlar (pyes), 1953, Dan ulduzu (pyes), 1955, Hekayələr, 1957, Yanar ürək (pyes), 1960, Doğma və yad adamlar (roman), 1962, Teleqram (pyes), 1963, Yanar ürək (roman), 1965, Tütək səsi (pyes və hekayələr), 1965, Pyeslər, 1967, Kollu koxa (pyes və hekayələr), 1969, Ömrümdə izlər, 1971, Saz (pyeslər), 1971, Seçilmiş əsərləri (roman və pyeslər), 1972, Yanar ürək, Doğma və yad adamlar, 1979, Məhşər (roman), 1979, İdeal (roman), 1985, Qəbiristan,  Cəhənnəm (roman), 2013 qeyd edilə bilər.

Ssenariləri əsasında «26 Bakı Komissarı», «Nəsimi», «Ulduzlar sönmür» və s. kimi filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. «26 Bakı Komissarı» filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

2012-ci ildə AYB-nin təsis etdiyi «Nəsimi» mükafatına layiq görülmüşdür.

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 428