Muəllif: Redaksiya
Yay vaxtına keçmişik: əqrəblərı 1 saat irəli çəkdinizmi?
Ölkəmizdə əqrəblər bir saat irəli çəkilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi baxır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 112