Muəllif:

Yaxalanan bu dəstənin Moskvada çoxsaylı cinayətlər törətdiyi bildirilir

Moskvada atışmada polis kapitanını öldürən Azərbaycan vətəndaşları yaxalanıb. Aprelin 6-da gecə saatlarında DİN Krasnoqorsk rayonu üzrə İdarəsinin əməkdaşlarının Radujnaya küçəsi ev 11 ünvanında cinayətkarların yaxalanması üzrə keçirdiyi əməliyyat tədbiri zamanı polislə cinayətkarlar arasında atışma baş verib.

Aralarında bir qadının da olduğu dəstə polisə təslim olmaqdan imtina edib. Onlar əməliyyatçılara atəş açmağa başlayıblar. Nəticədə 31 yaşlı polis kapitanı Sergey Jadobkin aldığı güllə yarasından hadisə yerində keçinib. Lakin cinayətkar dəstənin üzvlərini diri yaxalamaq mümkün olub. Bu dəstənin Moskvada çox saylı cinayətlər törətdikləri bildirilib. Belə ki, bir ay əvvəl Moskva vilayətində bu dəstə üzvləri iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər.

RF DİN-dən verilən bilgiyə görə, yaxalanan cinayətkar dəstə üzvlərindən üçü Azərbaycan, biri isə Belarus vətəndaşı olub. Onların üzərindən «Sayqa» markalı odlu silah götürülüb. Yaxalanan şəxslərin adları hələlik açıqlanmır. Rusiya İstintaq Komitəsindən cinayət işinin başlandığı bildirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115