Yatsenyuk: Situasiyanı məcrasından çıxarmaq cəhdlərinə qarşı səlis əks-tədbirlərimiz var
Ukraynanın doğu vilayətlərində separatçıların şouları davam edir. Baş verənlərə Mokvadan dirijorluq edildiyi şübhə doğurmur. Buna qarçılıq olaraq baş nazir Arseni Yatsenyuk belə bir açıqlama ilə çıxış edib ki, Ukraynada situasiyanı məcrasından çıxarmaq cəhdlərinə qarşı səlis əks-tədbirlər planı işləyib hazırlayıblar. Yatsenyuk deyib ki, bu saatlrda daxili işlər naziri Arsen Avakov və baş nazirin birinci müavini Vitali Yarema Ukraynanın doğu vilayətlərində yaranmış situasiyanın aradan qaldırılması üzrə əlləində cəlis hərəkət planı ilə Xarkov və Donetskdədirlər. O bildirib ki, gecəykən belə bir plan hazırlayıblar.
Ukrayna qaynaqlarına istinadən, baş nazir xəbər verib ki, güc bloku ilə daimi təmasdadır. “Məni fasiləsiz olaraq məlumatlandırırlar, mən də hökumət üzvlərini situasiyanın gedişi barədə məlumatlandırıram. Xarkovda situasiya nisbətən məcrasına düşüb, Əminəm ki, digər vilayətlərdə də qayda-qanunu bərpa edəcəyik”, deyə Yatsenyuk bildirmişdir.