Muəllif:

Yaqub Mahmudov “Böyük Ermənistan” uydurması”nı təqdim edib

Prezident Kitabxanasında görkəmli alim, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun əsərlərinin təqdimat mərasimi keçirilib.  Yaqub Mahmudovun 75 illik yubileyi münasibətilə keçirilən tədbirdə alimin 12 cildlik seçilmiş əsərləri, biblioqrafiyası, “Real tarix və “Böyük Ermənistan” uydurması” və “Azərbaycan tarix elmində Yaqub Mahmudov məktəbi” kitabları təqdim olunub.

Tədbirdə Prezident Kitabxanasının direktoru Mayil Əhmədov Yaqub Mahmudovun Azərbaycan tarix elminin inkişafında göstərdiyi fəaliyyət və əldə etdiyi uğurlar barədə söz açıb. O, uzun illər ərzində böyük zəhmət hesabına yazdığı əsərlərinin Prezident Kitabxanasında təqdim olunmasına təşəbbüs göstərdiyinə görə alimə təşəkkür edib: “Bu, Yaqub Mahmudovun kitabxanaya, mədəniyyətə yüksək dəyər verdiyinin nümunəsidir. Fikrimcə,  bu ənənə davam etdirilməlidir”.

Yaqub Mahmudov da ona göstərilə diqqət və qayğı üçün hər kəsə təşəkkürlərini bildirib.  Yaqub Mahmudov deyib:  “Ermənilər Balkanlardan Van gölü ətrafına, oradan isə Çar Rusiyası vasitəsilə Azərbaycana köçürülüblər”. Giyey-güzar da olub:

“Mən çox təəssüf edirəm ki, bu gün Azərbaycanın içərisində də elə qüvvələr var ki, biz tarixi sübutlarla ermənilərin Azərbaycana necə köçürüldüyünü, hansı işlər gördüklərini sübuta yetirəndə ona qarşı çıxmağa çalışır. Daxildəki qüvvələrə demək istəyirəm ki, zəhmət çəkib Tarix İnstitutunu, Yaqub Mahmudovu qaralmasınlar”.

Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, bu qüvvələr öz tarixlərinə sahib çıxmalı, Azərbaycanın çörəyini yeyib, burda adlar alıb, sonradan xaricə xidmət etməməlidirlər.

Mahmudov bildirib ki, Tarix İnstitutu tərəfindən Berlin, London, Paris, Sankt-Peterburq, Moskva, Dehli, İstanbul, Ankara və digər yerlərdən sənədlər gətirilib: “Dünya bütün tarixi sübutlarla deyir ki, erməniləri Azərbaycan torpaqlarına Çar Rusiyası köçürüb. Köçürərkən keçmiş İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılıb. Ermənilərə qarşı bu döyüşləri tək aparmaq bizim üçün çətindir. Xüsusilə ona görə çətindir ki, ölkə daxilində gördüyümüz işlərə əks gedənlər olur. Azərbaycanda Yaqub Mahmudovu, Tarix İnstitutunu ləkələməkdən ötrü materiallar yayılır. Nə axtarırsınız? Bundansa gedin axtarın ki, Azərbaycanın əleyhinə kim yazır, yazanların milliyyəti, kökü nədir və nə üçün Azərbaycanı ləkələyirlər?”

Tarix İnstitutunun direktoru qeyd edib ki, Azərbaycan ermənilərin öz adlarına çıxdıqları torpaqların sahibidir. Onun sözlərinə görə, bundan sonra da lazımi tədqiqatlar davam etdiriləcək: ““Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ilə də bizi köçəri, gəlmə adlandıran və bu torpaqların sahibi olmadığımızı əsaslandırmağa çalışan erməni tarixçilərinə bəzi məsələləri sübut edirik. Sübut olunur ki, ermənilər bura Balkan yarımadasından köçürülüblər. Balkan yarımadasında finikiyalılarla qohum olan etnos Asiyaya gəlmə əhalidir və Van gölü ətrafına köçürülərək gətirilib. Oradan da Çar Rusiyası vasitəsilə Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülüblər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 338