Muəllif:

Yanukovuç hərbi təyyarələrin müşayiətində Rostova gəlib, Turçinov isə Krıma gedəsi olmadı

Krım ətrafında bizə tanış «Qarabağ ssenarisi» tam sürəti ilə oynanılır. Separatçılar Moskvanın açıq-aşkar himayəsi altında hərəkət edirlər. Bunu necə izah etmək olar ki, göyərtəsində Viktor Yanukoviçin olduğu təyyarə ötən gün axşam saatlarında qırıcı təyyarələrin müşayiəti ilə Rostov-Donda eniş edib.  Qaçaq Yanukoviç bu ərəfədə Moskva vilayətində idi.

Rusiya xəbər qaynaqlarına istinadən təyyarə yerli vaxtla saat 22.00-da hərbi aerodromda eniş edib. Yanukoviç Rostovda yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulmuş hökumət iqamətgahında yox, özəl mülklərin birində yerləşdirilib.   Yanukoviçin bu gün saat 17.00-da Rostov-Donda mətbuat konfransı keçirəcəyi xəbər verilir.

Bu arada bəlli olub ki,  Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov yaxın zamanda Krım Muxtar Respublikasına səfər etməyi planlaşdırmır. Halbuki, bu ərəfədə onun Krıma səfər edəcəyi bildirilmişdi.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115