Muəllif:

Yanukoviçdən Rostov-Donda mətbuat konfransı: ilginc açıqlamalar…

Viktor Yanukoviç bu gün Rusiyanın  Rostov-Don şəhəridə keçirdiyi mətbuat konfransında ilginc açıqlamalar verib. Deyib ki, mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinin qanunsuz olduğunu və bu səbəbdən seçkilərdə iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, hərbi yardım göstərilməsi xahişi ilə Rusiyaya müraciət etmək niyyətində deyil: “Hazırkı vəziyyətdə hərbi addımlar yolverilməzdir. Ukrayna vahid və bölünməz olmalıdır”.

Yanukoviç özünün və ailəsinin təhlükəsizliyi təmin olunacağı təqdirdə, Ukraynaya qayıdacağını deyib: “Öz borcunu yerinə yetirən vətənpərvər zabitlərin köməyi ilə Rusiyaya gəldim. Rusiya prezidenti Vladimir Putinlə görüşməmişəm, Rusiya ərazisinə keçən kimi telefonla danışmışam. Razılaşdıq ki, onun imkanı olan kimi görüşəcəyik”.

Yanukoviç əlavə edib ki, Krım geniş muxtariyyat saxlanmaq şərti ilə Ukraynanın tərkibində qalmalıdır, indi Krımda baş verənlər Kiyevdəki hadisələrə normal reaksiyanın nəticəsidir. “Krım sakinləri banderaçılara tabe olmayacaq. Onlar öz evlərini, ailələrini qorumaq istəyirlər”, — deyə o vurğulayıb. 

Eyni zamanda Yanukoviç Ukrayna xalqından üzr istəyib və deyib ki,“ mənim müxalifət liderləri və 3 ölkə XİN rəhbəri ilə imzaladığım saziş yerinə yetirilmədi. Bunun nəticəsi olaraq Kiyev silahlı insanlarla dolduruldu. Bundan sonra baş verənləri terror və xaos adlandırmaq olar”.

Yanukoviç bildirib ki, hazırda parlament Maydanın təsiri ilə səs verir: “Onlar qurulan hökuməti qələbə hökuməti adlandırır. Kimin üzərində qələbə? Ukrayna xalqı üzərində? Milli birlik hökuməti yaradılmalıdır. Mən hesab edirəm ki, Ali Rada legitim deyil. Mən Ukraynada sabitliyi qoruya bilmədiyim üçün Ukrayna xalqından, veteranlardan üzr istəyirəm”.

Viktor Yanukoviç  mübarizəni davam etdirmək niyyətində olduğunu deyir. «Mən Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək niyyətindəyəm. Vaxt çatıb və mən  deməliyəm ki, terror vasitəsi ilə Ukraynanı ələ keçirmək istəyənlərə qarşı mübarizə aparacağam. Məni heç kim devirməyib, mən ölkəni ailəm təhlükədə olduğu üçün tərk etmişəm”.

O bildirib ki, Ukraynanı faşist gənclər ələ keçirib. Vəziyyətdən çıxış yolunun fevarlın 19-da prezidentlə müxalifət arasında imzalanan sazişin icrasında gördüyünü deyən Yanukoviç silhalı şəxslərin küçələrdən yığışdırılmasının vacibliyini qeyd edib.

“Bütün ölkədə normal həyat bərpa olunmalıdır. Böhrandan çıxmağa çətin olacaq. İndi yaşanananlar siyasi böhranın nəticələridir. Bu, Qərbin yürütdüyü siyasətin nəticəsidir”, — deyə o vurğulayıb.

Yanukoviç  eləcə də Ukraynada ümumxalq referendumunun keçirilməsini təklif edib. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145