Muəllif:

Yanukoviç Yatsenyuka baş nazir, Kliçkoya baş nazir müavini postlarını təklif edib

Ukrayna iyasi elitası yetkinlik nümayiş etdirir: prezident Viktor Yanukoviç “Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir, Kliçkoya baş nazir müavini postlarını təklif edib. Bu barədə ölkənin ədliyyə naziri Yelena Lukaş prezident  Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşünü şərh edərkən bəyan edib. Arseni Petroviç Yatsenyuk baş nazir vəzifəsinə razılıq verəcəyi təqdirdə prezident hökumətin istefasına dair qərar verəcək”, deyə Yelena Lukaş bildirib.

Bu gün Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri ilə  bu həftə ərzində sayca 3-cü görüşü olub. Görüşdə UDAR partiyasının lideri Vitali Kliçko, “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yatsenyuk və milliyyətçi “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok iştirak edirlər. Tərəflərin ölkədəki böhrandan çıxış yollarını müzakirə etmişlər. Parlament-prezident respublikası yratmaq qərara alınmışdır.  Söhbət faktik olaraq 2004-cü il Konstitusiyasına qayıdışın texniki baxımdan reallaşdırılması ilə bağlı məsələlrin müzakirəsindən gedir. Bu günkü görüşün başlıca yekunu Prezidentin buna razılıq verməsi sayılır.

Tərəflər arasında əldə olunan razılığa əsasən, Kiyevin meydan və küçələri tədricən    etirazçılardan və asayiş keşikçilərindən boşaldılacaq. Bu axşam Qruşevski küçəsində sakitlik hökm sürsə də,  həm başkənd, həm də ölkə üzrə gərginlik qalır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142