Muəllif:

Yanukoviç konstitusiya islahatına tərəfdar olduğunu açıqlamışdır

Prezident Viktor Yanukoviç ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla ölkədəki siyasi böhrandan çıxış yollarını müzakirə edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.   

Yanukoviç Ukraynada konstitusiya islahatının tezliklə keçirilməsinin tərəfdarı olduğunu bəyan edib. Tərəflər qeyd ediblər ki, siyasi nizamlanmanın əsasında iqtidar və müxalifət arasında dialoq durmalıdır.  “Ölkə siyasi böhrandan yalnız dialoq və kompromis yolu ilə çıxa bilər”, deyə Ukrayna prezidenti qeyd edib.

Yanukoviç ölkədə gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı saxlanılan şəxslər tezliklə azadlığa buraxılacaqlar.  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130