Muəllif:

Yanukoviç büdcəni talan edib, ölkəni iflas həddinə çatdırıb və … aradan çıxıb

Viktor Yanukoviç barədə axtarış elan edilib, onu tapa bilmirlər. Haradasa gizlənir. Onun başçılıq etdiyi Regionlar Partiyası isə müxalifətə keçdiyini rəsmən bəyan edib.  Bu arada bəlli olub ki, Yanukoviç büdcəni talan edib, ölkəni iflas həddinə çatdırıb və … aradan çıxıb.

“Mən Ukrayna Milli Bankından, Dövlət Xəzinədarlığından məlumat aldım ki, dövlət büdcəsi talan edilib. Dövlət iflas həddinə çatdırılıb”. Ali Rada fraksiyalarının razılaşdırıcı komissiyasının iclasında Batkivşina fraksiyasının lideri Arseni Yasenyuk  bildirib ki, Viktor Yanukoviçin Kiyev ətrafındakı Mejiqorye iqamətgahının və digər bu tipli tikililərin necə əmələ gəldiyi indi anlaşılır.

Yasenyuk hazırda büdcə təşkilatlarında çalışanların əmək haqlarının ödənməsində 10 günlük gecikmə olduğunu və maaş ödəmək üçün büdcədə pul olmadığını söyləyib. O, Qərbin maliyyə yardımının zəruri olduğunu və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramını bərpa etməyin vacibliyini vurğulayıb.  Yasenyuk ABŞ-ın maliyyə naziri ilə telefon əlaqəsi saxladığını da açıqlayıb:

“O bildirdi ki, Ukraynaya maliyyə yardımı prosesinə başlanıb və hər şey milli etimad hökumətinin nə qədər tez formalaşacağından asılıdır”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133