Yanacaq qurtarlb, dənizin ortasında köməksiz qalıblar…
Siyəzən rayonunda itkin düşən 5 balıqçının yeri müəyyənləşib. Bu gün səhər saatlarında FHN aviasiya dəstəsinin bir helikopteri vasitəsilə onlara yanacaq çatdırılıb. Qayığın sahibi Rauf Paşayevin APA-ya verdiyi məlumata görə, balıqçılarla mütəmadi əlaqə saxlayırlar: “Onlar sağdırlar və sahilə doğru yaxınlaşırlar”.
FHN ötən gün Xəzərdə 5 balıqçının itkin düşməsi barədə məlumat yaymışdı. İlkin məlumatda bildirilirdi ki, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar. Balıqçılar qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar. Bununla bağlı FHN-in qaynar xəttinə məlumat verilib. Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.
Qayığın sahibi onları kəm-kəsir yanacaqla açıq dənizə niyə buraxıbmış? Onlar bu «hazırlıqla» niyə dənizə çııxblarmış? Və görəsən onlara bu sualları verən olubmu?