Muəllif:

«Yalquzaq» snayper tüfəngi yaxın vaxtlarda istifadəyə qəbul olunur

Öz istehsalımız olan «Yalquzaq» snayper tüfəngi yaxın vaxtlarda orduda  istifadəyə qəbul olunacaq. Bu barədə APA-ya Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) təmsil olunan Azərbaycan MSN-in stendindən məlumat verilib. Yerli silah mühəndisləri tərəfindən yaradılmış snayper tüfəngində 7.62×51 NATO kalibrli patronlar tətbiq olunur. Silahın testləri başa çatıb.

««Yalquzaq» testlərdə yüksək nəticələr göstərdi. Snayper tüfəngi artıq praktik istifadəyə hazırdır», — deyə müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov vurğulayıb.

İlk dəfə 2013-cü ildə Türkiyədə beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmiş «Yalquzaq» snayper tüfəngi DSA-2014 sərgisində iştirak edən xarici hərbçilərin də diqqətini cəlb edib.

Snayper tüfəngi «bolt action» (atış zamanı tək-tək doldurulur) prinsipinə malikdir.

Tüfəngin üzərindəki “piccatini resi” ona müxtəlif optik cihazları əlavə etməyə imkan verir. Sərgidə nümayiş olunan tüfəng yerli istehsal olunan optik nişangahla komplektləşdirilib. Silah qundağı atıcının anatomiyasına uyğun (qol və yanaq) tənzimlənə bilir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163