Muəllif:

Yalovada səslər yenidən sayıldı: bu dəfə 5 səs üstünlüklə CHP qalib…

Son bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin 1 səs üstünlüklə qalib gəldiyi açıqlanan Yalova vilayətində Cümhuriyyət Xalq Partiyasının (CHP) etirazından sonra səslər yenidən sayılıb.

“Hürriyet”ə istinadən, 124 qutudakı bülletenlər yenidən sayılıb. Nəticədə CHP namizədi Vəfa Salmanın 5 səs üstünlüklə qalib gəldiyi açıqlanıb. Bu dəfə isə AKP nəticələrə etiraz edərək səslərin bir daha sayılmasını tələb edib.

Yalova vilayətində ümumilikdə 149 min 818 seçici, şəhər mərkəzində isə 85 min 561 seçici səs verib. 30 mart gecəsi ilkin hesablamalardan sonra seçkini AKP namizədi Yaqub Koçalın 1 səs üstünlüklə bələdiyyə başqanı seçildiyi açıqlanmışdı. Qeyd edək ki, Yalova CHP-nin ən nüfuzlu liderlərindən olan Məhərrəm İncənin məmləkətidir.

Bir çox başqa ellərdə də conuclar sarıdan mübahisələr var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 95