Muəllif:

Yalnız Azərbaycan AŞPA-da “Maqnitski qətnaməsi”ndə Rusiyaya dəstək verib

AŞPA-nın qış sessiyasında Sergey Maqnitskinin qatillərinin cəzasız qalmasına yol verilməsin” qətmanəsi üzrə səsvermə zamanı rusiyalı deputatları tam tərkiblə dəstəkləyən Azərbaycan heyəti olub. Qətnamədə Rusiya hakimiyyətindən Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitsikinin ölümündə əli olan şəxslərin cəzalandırılması tələb olunur.

AŞPA AŞ Nazirlər Komitəsinə Maqnitski işinin araşdırılmasına qoşulmağı tövsiyə edib.

Səsvermənin yekunlarına görə, 151 deputat lehinə, 25 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb.

Rusiyalı 16 deputatla yanaşı səs verənlərin arasında zalda iştirak edən beş azərbaycanlı deputat — Sahibə Qafarova, Rafael Hüseynov, Səməd Seyidov, Qənirə Paşayeva, Rövşən Rzayev, eləcə də Türkiyə, Bosniya və Herseqovina, Macarıstan, Moldovadan bir deputat olub.

Çox güman ki, Azərbaycan  heyəti qətnamənin əleyhinə səs verərkən ona əsaslanıb ki, bu, pis presedent ola bilər və gələcəkdə Azərbaycanda insan hüquqlarının pozulması faktı üzrə qəbul oluna bilər.

Digər tərəfdən, bir il əvvəl Rusiya heyəti Azərbaycanda siyasi məhbuslarla bağlı Kristof Ştrasserin qətnaməsinin baş tutmamasında azərbaycanlı deputatlara fəal yardım göstərib və indi də “borcun” qaytarılmasının zamanı gəlib.

İsveçrəli deputat Andreas Qrosun hazırladığı qətnamədə başqa nüanslar da diqqət çəkir.

Qross Azərbaycan üzrə məruzəçi olanda AŞPA-dakı azərbaycanlı deputatlar azərbaycanlı jurnalistləri inandırmağa çalışırdılar ki, o, “Rusiyanın adamıdır” və Kremlin sifarişi ilə Azərbaycan haqda tənqidi məruzələr yazır.

Ötən il həmin deputatların bir çoxu ABŞ-a səfər zamanı Azərbaycanın Rusiya və İranın məngənəsində sıxıldığından şikayətləniblər. Bu səbəb insan hüquqlarının pozulması və demokratiya məsələsində Bakıya təzyiq göstərmək lazım deyil.

Görünür, azərbaycanlı deputatlar “siyasətdə daimi dostlar və müttəfiqlər olmur, daimi maraqlar olur” prinsipinə əməl edirlər.

Bütün hallarda Maqnitski qətnaməsinə qarşı Rusiyanın dostcasına dəstəklənməsi AŞPA-dakı Azərbaycan heyətinin imici üçün yaxşı deyil (Turan).

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182