Muəllif:

Xoş xəbər: Müəllimlər İnstitutunun 4 filialı bağlanıb

Ölkədə fəaliyyət göstərən 40-a yaxın ali məktəbin əksəriyyətinin səviyyəsi nədir ki, onların «filiallarının» səviyyəsi nə ola?  Bunların varlığı cəmiyyəti — yəni özümüzün özümüzü aldatmaqdan başqa bir şey deyildir. İş o yerdədir ki, onların əksərində magistr o yana dursun, bakalavrlar dərs deyir. Müəllimlər İnstitutunun 4 filialının bağlanması isə bu baxımdan xoş xəbər sayıla bilər. Bu xoş xəbəri  mətbuata TN Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev  deyib. O bildirib ki, hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı fəaliyyət göstərir və bu il 4 filiala qəbulun aparılması nəzərdə tutulmayıb. Bu  filiallara qəbulun dayandırılması ilə bağlı Müəllimlər İnstitutunun rəhbərliyi nazirliyə müraciət edib:

“Əgər bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq. Orada işləyən insanların işlə təminatı və harada yerləşdirilməsi hazırda nazirlikdə nəzərdən keçirilir. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var ki, bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var və Müəllimlər İnstitutunun Gəncə filialının həm müəllimləri, həm də təhsil alanlar oraya yerləşdiriləcək. Pedaqoji müəllim kontingenti digər ərazilərdəki yaxın ali məktəblərə də yerləşdirilə bilər. Bu gün tədrisi aparmaq üçün müəllimlər ən azı magistraturanı bitirməlidir. Amma filiallarda elə insanlar var ki, onlar bakalavr üzrə təhsil aldıqdan sonra tədris aparır. Belə problemlər var və onlar barəsində də indidən düşünülür”.

Nazirlik nümayəndəsi Sumqayıt Dövlət Universitetində aparılan islahatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, universitetdə işdən azad olunan prorektorlar kafedra müdiri vəzifəsinə keçiriliblər: “Ora yeni rektor əvəzi Elxan Hüseynov təyin olub və ali məktəbdə müvafiq islahatlar həyata keçirilir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1375