Muəllif:

Xomeyni adına İmdad Komitəsinin bağlandığı nəhayət ki təsdiqləndi

İmam Xomeyni adına İmdad Komitəsinin bağlandığı nəhayət ki təsdiqləndi. İran XİN İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandırdığını bildirmişdir. İran XİN sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün həftəlik brifinqdə deyib ki, Azərbaycan Respublikasının müstəqilliyinin ilk vaxtlarından bu ölkədə humanitar fəaliyyətlər həyata keçirib.

“Hətta Azərbaycanın yüksək vəzifəli şəxsləri də Komitənin bu sahədəki addımlarını həmişə yüksək qiymətləndirib, təşəkkürlərini bildiriblər. Ancaq son illər bu ölkədə sosial-iqtisadi vəziyyətin dəyişməsi İranın İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması haqda qərar qəbul edilməsinə səbəb oldu. Azərbaycanda humanitar sahədə yaxşı və gözəl işlər görən Komitə 20 ildən sonra öz ofisini bağladı. Bu mövzuda hər hansı siyasi rəng və çalar yoxdur”. 

İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub, Azərbaycanın Ədliyyə Nazirliyi 2011-ci ildə bu qurumun qeydiyyatını ləğv edib. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstərib. Qeyri-rəsmi bilgilərə görə, bu komitə əslində şübhəli işlər üçün örtük rolunu oynayırmış… 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154