XİN bu məsələdə Türkiyə Erməniləri Patrikliyi ilə işbirliyi içindədir
Türkiyə Xarici İşlər Nazirliyindən Keseb bölgəsində yaşayan Ermənilərin rahatlığının temin edilməsi məsələsində Türkiyə Erməniləri Patrikliyi və yerli Erməni camaatıyla yaxın işbirliyi içində olduqları bildirilib, deyə Anadolu Agentliyi xəbər verir.
Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada, Türkiyənin Suriyada son üç ildir rejimin, xalkın qanuni tələblərini basdırmaq çabasıyla uyquladığı bənzərsiz şiddət və vəhşətdən qurtulmağa çalışan Suriya xalqına heç bir fərq qoymadann qapılarını açdığı və son olaraq Keseb və civarındakı çatışmalardan təsirlənən bütün sivillərə yardımcı olmağa çalışdığı bildirilir.
Türkiyenin, Keseb bölgəsindəki gəlişmələri lap başdan bəri insani mülahizələrlə yaxından təqib etdiyi bildirilən bu açıqlamada, bu ifadələrə yer verilir:
«Sivil xalkın zərər görməməsi üçün gərəkən tədbirləri sürətlə almış, bu yöndə Birləşmiş Millətlər Təşkilatına da bilgi verilmişdir. Ölkəmizə gəlməyi arzu edə biləcək Keseb bölgəsində yaşayan Ermənilərin rahatlığının təmin edilməsi də Türkiyə Erməniləri Patrikliyi və Erməni icmasıyla prosesin başından bu yana yaxın işbirliyi yürüdülməkdədir.»
Bu çərçivədə, keçən həftədən bəri Türkiyəyə gələnlərə əlavə olaraq 18 Suriya Ermənisinin də 5 aprel axşamı etibariylə Yayladağı Sınır Qapısından giriş etdiyi xatırladılan açıqlamada, yerli məqamların müşahidəsi altında Türkiyə Erməniləri Patrikliyinin bilgisi daxilində Hatayın Vakıflı köyündəki soydaşlarının yanına yerləşdirilən sığınmacıların bütün təməl ehtiyaçlarının qarşılanması üçün tədbirlərin görüldüyü qeyd edilir.
Belə bir açıqlama görünür ona görə verilir ki, Ermənistan, Rusiya və İran xəbər qaynaqları Kesebde ermənilərə guya Türtiyə tərəfdən sınırı keçən terrorçuların zülm etiyi, onları qırdığı barədə iftiralar yayırlar.