Muəllif: Redaksiya
Xəzərin Mazandaran sahillərində kefal balıqları kütləvi şəkildə qırılır…
Xəzərin Mazandaran sahillərində kefal balıqları kütləvi şəkildə qırılması digər Xəzəryanı ölkələrdə ciddi rahatsızlıq doğurub. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Nazirlik yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. Öz növbəsindəDövlət Baytarlıq Xidməti sahil rayonlarının baytarlıq idarələrinə telefonoqram göndərib. Dənizsahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib.
Bəlli olduğu kimi, İranın Mazandaran əyalətinin dəniz sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatlar yayılıb.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 140