Muəllif:

Xədicə İsmayılovaya ölkəni tərk etməmək tövsiyə edilib

Fevralın 20-də “Azadlıq” radiosunun əməkdaşı  Xədicə İsmayılova yenidən dindiriləcək.  Jurnalist Turan-a bildirib ki, bugünkü dindirmədə isə müstəntiq ona deyib ki,  ölkədən və şəhərdən getmək barədə istintaq orqanlarına məlumat verməlidir. Dindirmədə onu vəkil Elton Quliyev müşayiət edib.

Bəlli olduğu kimi, fevralın 18-də araşdırmaçı jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid kimi 2,5 saat dindirilib. Belə ki, İsmayılovanın fevralın 17-də Facebook-da yaydığı materialla əlaqədar CM-in 284.2 maddəsi (dövlət sirrinin yayılması) üzrə cinayət işi qaldıırlıb.

Qeyd edək ki, İsmayılova 2011-ci ildə MTN əməkdaşının qurum rəhbərliyinə yazdığı xidməti məktubu dərc edib. Məktubda müxalifət fəalının ələ alındığı bildirilib. Belə ki, o 600 manatın müqabilində xüsusi xidmət orqanlarına müxalifətin fəaliyyəti haqda məlumat verməyə və onun sıralarına nifaq salmağa hazır olduğunu bildirib.

İsmayılova deyib ki, prokurorluqda materialın onun əlinə necə düşməsi ilə maraqlanıblar.

O da bildirib ki, sənəd hələ 2011-ci ildəFacebook-da yayılıb.

İsmayılovanı vəkil Rəşid Hacılı müşayiət edib. Onun sözlərinə görə, jurnalist dindirilmədən oncə istintaq həmin materialın həqiqi sənəd olub-olmadığını müəyyən etməlidir, əgər bunun saxta olmadığı məlum olarsa o zaman MTN-dən kənara necə çıxması araşdırılmalıdır.

Hacılı jurnalistin öz mənbələrini açıqlamamaq və müdafiə etmək hüququnun olduğunu da qeyd edib.

Bu arada Azadlıq Radiosunun prezidenti Xədicə İsmayılovanın təqib olunmasını pisləyib. Azadlıq Radiosu korporasiyasının rəhbəri Kevin Kloze Azərbaycan hakimiyyətinin qurumun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılovaya təzyiqlərini pisləyib.

“Hökumətyönlü KİV-də dissidentlərə və özgə fikirlilərə qarşı ittihamlar sovet dövründə geniş yayılmışdı. Təəssüf ki, biz hələ də postsovet ölkələrində belə halların şahidləri oluruq. Xədicə İsmayılovaya qarşı son ittihamlar cəfəngiyyatla yanaşı həm də təhlükəlidir”, — Kloze deyib.

O əmin olduğunu bildirib ki, bu ittihamlar siyasi xarakter daşıyır və jurnalisti təqib etmək məqsədilə düşünülüb.

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186